• office@soyqirim.az
  • (023)335-37-07
28.12.2018-ci il tarixində Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə il ərzində görülmüş işlər barədə hesabat iclası keçirildi. / 28 Dekabr, 2018

Mədəniyyətin bütün sahələrində xidmət səviyyəsinin yüksəldilməsi və dövrün tələblərinə uyğun təşkili, xalqımızın zəngin tarixi-mədəni irsinin geniş kütlələrə çatdırılmasında innovativ yanaşmaya, yeniliklərə yer verilməsi qarşıda duran başlıca vəzifələrdir. Qoruqlarda xidmətlərin yeni səviyyədə qurulması, eləcə də muzeylərin fəaliyyətində dünya təcrübəsinin tətbiq olunması, beynəlxalq  əlaqələrin gücləndirilməsi,  mədəniyyət  siyasətində  elmi təhlil və tətqiqatlara daha böyük önəm verilməsi günün vacib tələblərindəndir.

Azərbaycan Respublikası Mədəniyyət naziri cənab Əbülfəs Qarayevin tövsiyyəsinə əsasən ölkəmizdə mədəniyyət siyasətinin daha məqsədyönlü və effektiv şəkildə həyata keçirilməsi, nazirliyin nəzdində olan Qoruqlar arasında birgə həyata keçiriləcək layihələr çərçivəsində 2018-ci il ərzində Quba şəhəri “Soyqırımı Memorial Kompleksi”nin təsdiq olunmuş İş Planına əsasən müvafiq işlər görülmüş, mədəni-kütləvi tədbirlər həyata keçirilmişdir.

28.12.2018-ci il tarixində  Quba  şəhərində “Soyqırımı  Memorial Kompleksi”ndə il  ərzində görülmüş işlər barədə  hesabat iclası keçirildi. Kompleksin direktoru  Rəxşəndə Bayramova 2018-ci ilin təsdiq olunmuş  iş planına əsasən Kompleks əməkdaşlarının  fəaliyyəti,  proqram və layihələrin icrası istiqamətində gördüyü  işlər baradə hesabat məruzəsi ilə çıxış etmişdir.

İclasda Kompleksin direktor müavini  Mehriban  Əliyeva bu il ərzində Kompleksin nailiyyətləri  haqqında,  kollektivə qoşulan yeni əməkdaşlar,  növbəti il üçün məzuniyyət cədvəli və dəvamiyyət qrafiki haqqında məlumat vermişdir.

Kompleksin Elmi araşdırmalar, ekspozisiya və fond şöbəsinin müdiri Lətafət Beybutova bu il ərzində görülən işlərdən danışaraq əldə edilən  uğurların gələcəkdə  də davamlı olmasını arzuladı.

Kompleksin Təsərrüfat şöbəsinin müdiri Ayaz Ağayev çıxış edərək qeyd etdi ki, Kompleksdə öhdəliklərində olan mövsümü və təmir işləri ilin sonuna qədər  tamamlanmış və bundan sonrakı işlərində daha da məsuliyyətli olacaqlarını vurğuladı.

Sonda Quba şəhərində “Soyqırımı  Memorial Kompleksi”nin  direktoru  Rəxşəndə Bayramova çıxışları dinləyərək, il ərzində görülən işləri qənaətbəxş hesab etmişdir.

Paylaş

Spread the love