09.10.2016-cı ildə Quba ilə Qırğızıstanın Kant şəhəri arasında qardaşlaşma haqqında memerandum imzalanıb. Qubada səfərdə olan Kant şəhərinin meri Erkin Abdraxmanov, şəhər Keneşinin sədri Azat Şayldabekov, Keneşin deputatları və başqa rəsmi şəxslərdən ibarət nümayəndə heyəti proqram çərçivəsində Soyqırım kompleksini ziyarət etmişlər. Qırğızıstanlı qonaqlara soyqırım memorial kompleksi və ərazidəki kütləvi məzarlıq və ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumat verilmişdir. Qonaqlar soyqırımı qurbanlarının xatirəsini ehtiramla andılar.