Qeyd edək ki, qapının bərpası ilə bağlı layihə 2025-ci ilin may ayında Dövlət Xidmətinə təqdim edilib və qanunvericiliyin tələblərinə uyğun olaraq təsdiq olunub. Qapı təsdiq edilmiş layihəyə əsasən bərpa edilib yerinə quraşdırılsa da, 2026-cı ilin oktyabr ayında onun sökülərək şüşə konstruksiya ilə əvəz edildiyi aşkar edilib.
Bununla bağlı binanın memarlıq kompozisiyasının tərkib hissəsi olan giriş qapısının qısa müddətdə əvvəlki yerinə qaytarılması tələb olunub.
Bu müddətdə isə şüşə konstruksiyanın üzərində müvəqqəti olaraq taxta qapı görüntüsü yaradan vinil örtük vurulub. Sözügedən fakt aşkar edildikdən sonra vinil örtük sökülsə də, iki gün əvvəl yenidən həmin örtüyün vurulduğu müəyyən edilib.
Hazırda tarixi abidənin giriş qapısı Dövlət Xidməti tərəfindən orijinallığı və ilkin görünüşü qorunmaqla bərpa edilərək öz yerinə quraşdılır.
Eyni zamanda, qanunvericiliyin tələblərinin pozulması faktı ilə bağlı inzibati protokol tərtib edilib.



