Asiya Mədəniyyət Mərkəzinin rəhbəri Ahmed Abdelvahab Abdelsalam İbrahim, Livan Universitetinin Tarix kafedrasının rəhbəri El Jundi Khaled, Eyn Şəms Universiteti, Türk dili və ədəbiyyatı bölümü Ahmed Abdalla İbrahim Ahmed Negm, tədqiqatçı və jurnalist Ahmed Andoh Sayed Ahmed Tarabeikə erməni vandallarının 1918-ci ildə Azərbaycanda, o cümlədən Qubada törətdikləri vəhşilikləri, insanlığa qarşı çevrilmiş soyqırımları haqqında ətraflı məlumat verilmişdir.
Qeyd edək ki, tədqiqatçıların ölkəmizə səfərlərinin məqsədi Azərbaycan həqiqətləri ilə yaxından tanış olmaq, bu istiqamətdə araşdırmalar aparmaq və mövcud durumu, tarixi həqiqətləri faktlar əsasında öz ölkələrində ictimaiyyətə çatdırmaqdır. Sonda Kompleksin fonduna ərəb dilində Azərbaycan həqiqətlərini özündə əks etdirən kitablar hədiyyə olunmuşdur.









