Təlimdə kompleksin mətbuat katibi Abutalıb Turabov “Qoruq və muzeylərin təbliğində bələdçinin rolu və şəxsi örnək”, mütəxəssis Aysu Bülbülzadə isə “Bələdçi olmaq üçün nələri bilməliyik?” mövzularında çıxışlar etmişlər.
Daha sonra məktəblilər üçün kompleksin ziyarəti təşkil olunmuşdur və onlara 1918-ci il hadisələri ilə bağlı məlumat verilmişdir. Sonda təlim iştirakçılarına sertifikat və bukletlər təqdim edilmişdir.



