Görüşdə Şabran Regional İdarəsinin əməkdaşları ilə yanaşı, Çıraqqala–Şabran Dövlət Tarix-Mədəniyyət Qoruğu və Quba Soyqırımı Memorial Kompleksinin əməkdaşları da qonaq qismində iştirak etmişlər.
Tədbir çərçivəsində tarix və mədəniyyət abidələrinin qorunması sahəsində qanunvericiliyin tətbiqi, abidələrin mühafizəsi üzrə məsul şəxslərin vəzifələri, həmçinin korrupsiyaya qarşı mübarizə istiqamətində mövcud hüquqi mexanizmlər barədə ətraflı məlumat verilmişdir. Eyni zamanda, abidələrin qorunmasına məsul olan əməkdaşların sualları cavablandırılmış, mövzu ətrafında fikir mübadiləsi aparılmışdır.
Görüş tarix və mədəniyyət abidələrinin mühafizəsi sahəsində hüquqi biliklərin artırılması və bu istiqamətdə fəaliyyətin daha səmərəli təşkili baxımından mühüm əhəmiyyət kəsb etmişdir.





