Konfransda DQİDK-nın bölgə üzrə şöbə müdiri Ramin Xudayev, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Anar Məmmədov, İnsan Hüquqları üzrə Müvəkkilin Şimal Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Soyqırımı Memorial Kompleksinin direktoru Dr. Rəxşəndə Bayramova, din xadimləri, dini icma sədrləri, ziyalılar və təşkilatçı qurumların əməkdaşları iştirak ediblər.
Çıxışlar zamanı ermənilərin ölkəmizə qarşı həyata keçirdiyi vandalizm siyasətindən, Ermənistanın Azərbaycan xalqına qarşı təcavüzünün qurbanları təkcə soydaşlarımız deyil, həm də yaşı minilliklərlə ölçülən tarixi-dini abidələr və ziyarətgahlarımızın olduğu qeyd olunmuşdur.
Sonda konfrans iştirakçılarının sualları cavablandırılıb, müzakirələr aparılıb.









