Quba şəhərində "Soyqırımı Memorial Kompleksi"nin əməkdaşları ətraf mühitin mühafizəsi və təmizliyin təşkili məqsədilə iməclik kampaniyası təşkil ediblər. Martın 17-də keçirilən kampaniya Quba rayonunun Digah kəndində, yerli müqavimət hərəkatının baş verdiyi Qanlı Dərə ərazisində təşkil olunub. Kampaniya çərçivəsində ərazi tullantılardan təmizlənərək kənarlaşdırılıb. Cari ildə Kompleks əməkdaşları tərəfindən bu kimi kampaniyaların mütəmadi keçirilməsi planlaşdırılır.
Ətraflı
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Quba şəhərində 17.03.2025-ci il tarixində "Soyqırımı Memorial Kompleksi"nin və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Quba Regional Meşə Təsərrüfatı Mərkəzinin birgə təşkilatçılığı ilə 1918-ci il azərbaycanlılara qarşı soyqırımların 107-ci ildönümü ilə əlaqədar və Yaşıl dünyaya töhfə vermək məqsədilə ağacəkmə kampaniyası həyata keçirib.
Tədbir 17 mart 2025-ci il tarixində Quba rayonunun Xucbala kəndi ərazisində təşkil olunub. Kampaniya çərçivəsində Kompleks əməkdaşları tərəfindən iqlimə uyğun 200 şam ağacı əkilib....
Ətraflı
Quba şəhərində "Soyqırımı Memorial Kompleksi"nin təşəbbüsü ilə 07-12 mart 2025-ci il tarixlərində "Tarixi həqiqətləri unutmayaq" mövzusunda silsilə vebinarlar təşkil edilib. Layihənin məqsədi 1918-ci ildə Azərbaycanlılara qarşı törədilmiş soyqırımı hadisələrinin şahid ifadələri əsasında araşdırılması və tarixi faktların ictimaiyyətə çatdırılmasıdır.
Üç hissədən ibarət vebinarların hər birində Quba, Şamaxı, Bakı, Qarabağ, Cavad, Lənkəran və Zəngəzur qəzalarında baş vermiş soyqırımı hadisələri müzakirə edilib. Britaniya jurnalistlərinin qeydləri...
Ətraflı
Soyqırımı Memorial Kompleksinin təşəbbüsü ilə silsilə olaraq keçirilən “Tarixi həqiqətləri unutmayaq” adlı vebinarın növbəti hissəsi təşkil olunub. Vebinarda “Pir Hüseyn Xanəgahı” Tarix - Memarlıq Qoruğu və Soyqırımı Memorial Kompleksinin əməkdaşları arxiv sənədlərinə əsasən hazırladıqları məqalələrlə çıxış ediblər.
Məruzəçilər Lətafət Beybutova "1918-ci il soyqırımı hadisələri Bakı qəzasının şahid ifadələrində – Fövqəladə Təhqiqat Komissiyasının sənədləri əsasında", Naibə Məmmədova “”1918-ci il soyqırımı zamanı Pir-Hüseyn...
Ətraflı
Quba şəhərində "Soyqırımı Memorial Kompleksi"nin təşəbbüsü ilə "1918-ci il Azərbaycanlılara qarşı soyqırımı hadisələri şahid ifadələrində " adlı layihə həyata keçirilir. Layihə çərçivəsində Kompleksin Elmi Araşdırmalar, Ekspozisiya və Fond şöbəsinin əməkdaşları tərəfindən aparılan tədqiqatlar nəticəsində elmi məqalələr hazırlanıb və bu mövzular əsasında 07-12 mart 2025-ci il tarixlərində Zoom platforması üzərindən “Tarixi həqiqətləri unutmayaq” adlı silsilə vebinarlar təşkil edilib.
Layihənin əsas məqsədi Azərbaycanlılara qarşı törədilmiş soyqırımı hadisələrinin şahid ifadələri əsasında araşdırılması, tarixi faktların öyrənilməsi və ictimaiyyətə çatdırılmasıdır. Elmi tədqiqatlar əsasında aparılan çıxışlar zamanı...
Ətraflı
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı soyqırımı abidəsini ziyarət ediblər
XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 33-cü ildönümü ilə əlaqədar fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci...
Ətraflı
İnsan hüquqlarının pozulduğu gün: Xocalı Soyqırımı
26 fevral 2025-ci il tarixində Xocalı Soyqırımının 33-cü ildönümü ilə əlaqədar olaraq "İnsan hüquqlarının pozulduğu gün: Xocalı Soyqırımı" adlı hibrid formatda tədbir təşkil olunub....
Ətraflı
"Xocalı Soyqırımı: insanlıq əleyhinə cinayət"
25 fevral 2025-ci il tarixində "Konstitusiya və Suverenlik ili, Azərbaycanlılara qarşı soyqırımın 107-ci və Xocalı Soyqırımının 33-cü ildönümü ilə əlaqədar olaraq "Xocalı Soyqırımı: İnsanlıq...
Ətraflı
İlham Əliyev Xocalının Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub, kəndə köçən bir qrup sakinlə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Xocalı rayonunun Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub, sonra kəndə köçən...
Ətraflı