Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix və coğrafiya fakültəsi və Xəzər Universitetinin Humanitar və sosial elmlər fakültəsinin tarix və tarix-coğrafiya ixtisasının tələbə-müəllim heyəti baş müəllim, tarix üzrə fəlsəfə doktoru Sevil Bəhrəmovanın rəhbərliyi ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ərəfəsində Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ni ziyarət ediblər.
Kompleksin direktoru Dr. Rəxşəndə Bayramova hər iki universitetin tələbələrinə müasir və müstəqil Azəraycanın memarı Ulu öndərin azərbaycanlılara qarşı törədilmiş soyqırımlara verdiyi hüquqi-siyasi qiymət barəsində...
Ətraflı
10 may - Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Quba şəhərində "Soyqırımı Memorial Kompleksi"nin bir qrup əməkdaşı Quba rayonunun Söhüb kəndini ziyarət etmişlər. Ziyarət zamanı kompleks əməkdaşları 1700 m hündürlükdə yerləşən Söhübqala abidəsinin önündə Azərbaycan bayrağını dalğalandırmışlar.
Ətraflı
Özbəkistanın Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru Abduqappor Qırğızbəyov, Özbəkistan- Azərbaycan dostluq cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndəsi Vüqar Mirzəyev və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba Filialının direktoru Yusif Alıyev Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ni ziyarət ediblər.
Ziyarətçilərə Erməni millətçilərinin tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəklədirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımların həyata keçirilməsindən danışılmış, 1918-ci ildə...
Ətraflı
Hörmətli izləyicilər, 17-18 oktyabr tarixlərində keçiriləcək "IV Millətlərarası Türkiyə-Rusiya münasibətləri" adlı simpoziumunda iştirak etmək üçün www.tdae.ege.edu.tr saytından ətraflı məlumat ala bilərsiniz.
http://www.tdae.ege.edu.tr
Ətraflı
İspaniyanın Kataloniya şəhərində 23 aprel Sant Jordi və ya Müqəddəs Georgi Günü kimi qeyd olunur. Bu gün 15-ci əsrdən bəri qızılgül və kitab mübadiləsi ilə əlaqələndirilir. Kişilərin qadınlara qızılgül, qadınların isə kişilərə sevgi və minnətdarlıq simvolu olaraq kitab hədiyyə etməsi ənənədir. Bu ənənə bütün dünyada Kitab Gününün qeyd olunmasına öz təsirini göstərmişdir.
1995-ci ildə YUNESKO (Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı) aprelin 23-nü Ümumdünya Kitab və Müəllif Hüququ Günü elan edib. Bu qərar bütün...
Ətraflı
Türkiydəki Əskişəhər Azərbaycanlılar Dərnəyi ilə Quba şəhərində "Soyqırımı Memorial Kompleksi"nin birgə təşkilatçılığı ilə keçirilmiş vebinarda Kompleksin əməkdaşı Aysu Bülbülzadə Kompleksin fəaliyyəti haqqında məlumat vermiş, həmçinin Soyqırımı Muzeyini virtual olaraq tədbir iştirakçılarına təqdim etmişdir.
Əskişəhər Azərbaycanlılar Dərnəyinin rəhbəri Cavid Aydın Quba şəhərinə səfəri zamanı Soyqırımı Memorial Kompleksini ziyarət edərək Aysu Bülbülzadəni təşəkkürnamə ilə təltif etmişdir.
Ətraflı
18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü
...
Ətraflı
18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü, eləcə də Yaşıl Dünya naminə Həmrəylik İli ilə əlaqədar Çıraqqala-Şabran Dövlət Tarix- Mədəniyyət Qoruğu və Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin birgə təşkilatçılığı, Şabran RİH-nin, H.Əliyev Mərkəzinin, Şabran rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və Xəqani Poeziya evinin nümayəndələrinin iştirakı ilə “Abidələrimizi qoruyaq və təbliğ edək” adlı tədbir keçirilmişdir.
Ətraflı
