Son xəbərlər

Kompleksin ən son xəbərləri, tədbirləri, ziyarətləri və elmi fəaliyyəti.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq martın 7-də Azərbaycan Respublikası Ədliyyə Naziri Fikrət Məmmədov Quba rayonunda vətəndaşların qəbulunu keçirmiş və səfər çərçivəsində cənab Nazir Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ni ziyarət edərək, faciə qurbanlarının əziz xatirəsini ehtiramla yad etmiş, ermənilərin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılmasında ölkə Prezidentinin cari ilin yanvarında imzaladığı “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi” haqqında Sərəncamının müstəsna əhəmiyyətini vurğulamışdır.
07 Mart 2018

Ətraflı
Martın 7-də Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə 8 mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilmişdir. Kompleksin direktoru Rəxşəndə  Bayramova   əməkdaşları salamlayaraq  xanımları bayram münasibətilə təbrik etdi. Ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın adı, ana adı ölkəmizdə həmişə uca tutulmuşdur. O, qeyd etdi ki, Azərbaycan qadınları zərif olduğu qədər də güclüdürlər. Müasir Azərbaycan dövlətində qadınların fəaliyyətinə geniş yer verilməsi, gender bərabərliyinin qorunması, eyni zamanda, qadınların sosial-iqtisadi, siyasi və mədəni sahələrin inkişafında iştirakçılıqdan birbaşa aparıcı mövqeyə keçməsi həm də lider qadınların yetişdirilməsi üçün zəmin yaradılıb. Bunu Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın timsalında tam aydın görmək mümkündür. Birinci xanımın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimizin, dövlətçiliyimizin naminə, xalqın rifahı üçün gördüyü işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunu təsdiq edir.  Bayram münasibətilə qadınlara gül dəstələri həmçinin hədiyyələr təqdim olundu və tədbir çay süfrəsi ilə yekunlaşdı.

Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin əməkdaşları L.Beybutova, A. Turabov, İ. Aslanov, O.Orucov  07 mart 2018-ci il tarixində Quba şəhər  Hikmət Hüseynov adina  4 N-li tam orta məktəbində “Tarixi həqiqətlər” adlı vətənpərvərlik mövzusunda şagirdlərlə maarifləndirici söhbətlər aparmışlar.  Giriş sözü ilə çıxış edən məktəbin direktoru Xanımsona Quliyeva vətənpərvərlik mövzusunda təşkil olunan tədbirlərin əhəmiyyətindən danışaraq, Kompleksin təşkil etdiyi bu layihənin tədqirəlayiq olduğunu vurğuladı.      Kompleksin bələdçisi İslam  Aslanov şagirdlərin soyqırımla bağlı maraqlandıqları sualları cavablayaraq, hadisələr haqqında ətraflı məlumat verdi.   Bu mövzu ilə əlaqədar məktəbin IX sinif şagirdi Cəfərova Fərqanə, X sinif şagirdi Tural Əliyev daha fəal iştirak etdilər.      Tədbirin sonunda Kompleksin əməkdaşları tərəfindən şagirdlərə xüsusi bukletlər təqdim olundu.

Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”  Quba rayon Təhsil şöbəsi ilə birgə keçiriləcək silsilə tədbirlər planına əsasən 06 mart 2018-ci il tarixində Quba şəhər Zaur Cəfərov adına 3 N-li tam orta məktəbində kompleksin əməkdaşları tərəfindən seminar  təşkil edilmişdir. Kompleksin əməkdaşları L.Beybutova, A.Ağamirzəyeva, O.Orucov  Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi və “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi” haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən şagirdlərlə maarifləndirici söhbətlər aparmış və sonda şagirdlərə soyqırımla bağlı xüsusi bukletlər paylanılmışdır.
06 Mart 2018

Azərbaycan Respublikası Daxili Qoşunların general-mayoru Fəxrəddin Səmədov , Belarusiya Respublikası DİN-nin Daxili Qoşunlarının zabitləri və hərbi qulluqçuları “Soyqırım kompleksi”ni  ziyarət etmişlər.
11 Oktyabr 2017

Azərbaycan Ədliyyə Nazirliyinin Pentensial xidmətinin generalı Huseyn Əlixanlı, Belarusiya Respublikası DİN-in Cəzaların icrası Departamentinin rəisi  və digər qonaqlar  Qubaya səfəri zamanı “Soyqirim kompleksi”nə gəlmişlər.
23 Sentyabr 2017

Belarusiya Respublikasının Ədliyyə Naziri Oleq Slijevski, Nazirlik əməkdaşları və Quba rayon Məhkəməsinin sədri Fizuli Pənahov “Soyqırım memorial kompleksi”ni ziyarət
22 Sentyabr 2017

Türkiyyə – Azərbaycan Dayanişma və Kültür Dərnəyinin genel başkanı Sefer Karakoyunlu və 17 nəfər əməkdaşı “Soyqırım memorial kompleksi”ni ziyarət etmişlər.
13 Sentyabr 2017

Xorvatiya Respublikasının sabiq prezidenti İvo Yosipoviç , Quba Rayon RİH in rəsmiləri və digər qonaqlar Kompleksdə olmuşlar
23 Avqust 2017