Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin Quba Regional Turizm İdarəsinin təşkilatçılığı ilə 27–31 oktyabr tarixlərində 5 günlük bələdçi təlim proqramı təşkil olunmuşdur. / 5 November, 2025
Təlim müddətində iştirakçılar həm nəzəri, həm də praktiki məşğələlərdə iştirak etmişlər. Onlara turizm sahəsində müasir yanaşmalar, bələdçilik bacarıqları və regionun turizm potensialı barədə dərin biliklər verilmişdir.
Qeyd edək ki, təlim proqramında Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin Elmi Araşdırmalar, Ekspozisiya və Fond şöbəsinin əməkdaşları Nurcan Allahverdiyeva, Emin Ulubəyov və Tərlan Məmmədov da iştirak edərək sertifikata layiq görülüblər.
Paylaş