31 Mart Azərbaycanlıların soyqırımının 101-ci ildönümü

30.03.2019-cu il tarixində Quba YAP-nın xətti ilə Xəzər rayonunu YAP-nın fəal gəncləri, həmçinin Azərbaycan Dövlət İqtisad, Azərbaycan Turizm və Menecment, Azərbaycan Memarlıq və İnşaat, Sumqayıt Dövlət Universitetlərinin müəllim və tələbə heyəti 31 Mart Azərbaycanlıların soyqırımının 101-ci ildönümü ərəfəsində Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” ni ziyarət etmişlər.

Müdafiə Nazirliyinin xətti ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, C. Naxçıvanski adına hərbi liseyin şəxsi heyəti və kursantları Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” ndə.

30.03.2019-cu il tarixində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xətti ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, C. Naxçıvanski adına hərbi liseyin şəxsi heyəti və kursantları Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” ndə faciə qurbanlarının xatirəsinə ucaldılan abidəni ziyarət etmişlər. Qonaqları, Kompleksin direktoru tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova salamlayaraq 1918-ci ildə cinayətkar erməni hərbi dəstələri tərəfindən azərbaycanlılara, o cümlədən azərbaycanda yaşayan digər xalqların
nümayəndələrinə qarşı törətdikləri bəşəri cinayətləri haqqında ətraflı məlumat vermişdir. Sonda qonaqlara soyqırım hadisələrini əks etdirən kitablar və bukletlər təqdim edilmişdir.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Akademiyasının əməkdaşları Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə.

29.03.2019-cu il tarinxdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Akademiyasının rəisi General-Mayor Baba Salayev, şəxsi heyəti və kursantları Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ni ziyarət etmişlər. Qonaqlar 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olmuş on minlərlə azərbaycanlının xatirəsinə ucaldılmış abidənin qarşısına tər güllər düzmüşlər .

Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyi Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə.

29.03.2019-cu il tarinxdə Azərbaycan Respublikası Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyi Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ni ziyarət etmişlər. Qonaqlar ilk öncə faciə qurbanlarının xatirəsinə ucaldılan abidəni ziyarət etmiş, daha sonra XX əsr tarixinin soyqırımı və dəhşətli faciələri, erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətləri haqqında geniş məlumatlandırılmışlar.

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin əməkdaşları Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə

28.03.2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin əməkdaşları Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ni ziyarət etmişlər. Ziyarətçilər Soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə tər güllər düzərək, 1918-ci ildə ermənilərin Azərbaycan torpaqlarında, o cümlədən Qubada törətdikləri vəhşiliklər haqqında ətraflı məlumatlandırılmışlar.

 

Özbəkistanlı jurnalistlər Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” ni ziyarət etmişlər.

25.03.2019-cu il tarixində Özbəkistanın aparıcı media nümayəndələri, televiziya kanallarının jurnalistlərinin bölgəyə səfəri çərçivəsində Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ni ziyarət etmişlər. Ziyarət zamanı özbəkistanlı media nümayəndələrinə 1918-ci ildə erməni vandallarının Azərbaycan torpaqlarında yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımları haqqında ətraflı məlumat verilmiş və diqqətə çatdırılmişdır ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanmışdır. Daha sonra Kompleksin əməkdaşları qonaqlari maraqlandıran məsələlərlə bağlı sualları cavablandırmış və sonda Soyqırımı hadisələrini özündə əks etdirən kitab və bukletlər təqdim edilmişdir.

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya iştirakçıları Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin dərindən öyrənilməsi məqsədilə keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Masallı, Biləsuvar , Cəlilabad , Salyan, Hacıqabul, Zəngilan, Xocavənd, Cəbrayıl və Şuşa məktəbliləri Qubaya səfər ediblər. Səfər çərçivəsində aksiya iştirakçıları 24.03.2019-25.03.2019 cu il tarixlərində Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ni ziyarət etmişlər. Kompleksin əməkdaşları məktəbliləri salamlayaraq, 1918-ci ildə erməni quldur dəstələrinin Azərbaycan torpaqlarında, o cümlədən Quba qəzasında törətdikləri insanlığa sığmayan bəşəri cinayətləri haqqında ətraflı məlumat vermişlər.

 

Kompleksin həyata keçirdiyi layihə Qusar mətbuatında

2018-ci ildə qəbul edilmiş, ümumtəhsil müəssisələrində keçirilməsi nəzərdə tutulan “31 Mart Azərbaycanlıların Soyqırımı” 5 illik (2018-2022) layihəsi çərçivəsində, Soyqırımı Memorial Kompleksinin rəhbərliyinin təşəbbüsü və Qusar rayon İcra Hakimiyyətinin dəstəyi ilə Qusar rayonunun bir sıra ümumtəhsil müəssisələrində 2019-cu ilin yanvar ayından mart ayınadək keçirilmiş maarifləndirici silsilə tədbirlər barədə məqalələr Qusar qəzetində dərc edildi.

Qusar rayonunun bir sıra ümumtəhsil müəssisələrində reallaşan “31 Mart Azərbaycanlıların Soyqırımı” layihəsinin yekun tədbiri Qusar Peşə liseyində keçirildi.

2018-ci ildə qəbul edilmiş, 5 il ərzində həyata keçiriləcək “31 Mart Azərbaycanlıların soyqırımı” layihəsi çərçivəsində 2019-cu ilin yanvar ayından etibarən Soyqırımı Memorial Kompleksinin rəhbərliyinin təşəbbüsü və Qusar rayon İcra Hakimiyyətinin dəstəyi ilə Qusar rayonunun bir sıra ümumtəhsil müəssisələrində maarifləndirici silsilə tədbirlərin yekunu olaraq 12.03.2019-cu il tarixində Qusar Peşə liseyində müəllim və tələbə heyətinin ümumilikdə 120-dən artıq şəxsin iştirakı ilə həyata keçirilmişdir.
Soyqırımı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra, Qusar Peşə liseyinin tarix müəllimi Dadaşbalayeva Umli təşkil olunan tədbirin keçirilməsinin mühümlüyünü və bu unudulmaz tarixin hər bir azərbaycanlı üçün qan yaddaşı olduğunu qeyd etmişdir.
Kompleksin Elmi şöbəsinin müdiri Lətafət Beybutova son 2 əsrdə Qafqazda müsəlman- türk əhalisinə qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə, soyqırımı siyasəti və 1918-ci ildə Azərbaycan torpaqlarında erməni quldur dəstələri tərəfindən törədilmiş vəhşilikləri haqqında ətraflı məlumat vermişdir.
Daha sonra Kompleksin mütəxəssisi Abutalib Turabov çıxış edərək 1918-ci ilin mart-aprel aylarında erməni vandallarının Azərbaycan torpaqlarında, o cümlədən Quba qəzasında törətdikləri insanlıqdan uzaq cinayətləri barədə çıxış etmişdir.
Liseyin direktoru İmaməddin Zəkiyev bu unudulmaz tarixin hər bir azərbaycanlı üçün qan yaddaşı olduğunu, gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğuladı.
Tədbir çərçivəsində iştirakçılar üçün ermənilər tərəfindən dinc yerli sakinlərə qarşı törədilmiş Quba Soyqırımı ilə bağlı sənədli film nümayiş edilmiş və sonda liseyin rəhbərliyinə soyqırımı hadisələrini özündə əks etdirən kitab və bukletlər təqdim olunmuşdur.

“31 mart Azərbaycanlıların Soyqırımı günü”nə hazırlıqla əlaqədar Kompleksdə genişləndirilmiş xidməti iclas keçirilmişdir.

“31 mart Azərbaycanlıların Soyqırımı günü”nün və eləcə də yaz-yay mövsümünün gəlişi ilə əlaqədar Kompleksdə genişləndirilmiş xidməti iclas keçirilmiş və qarşıda duran vəzifələr təhlil edilərək əməkdaşlara müvafiq tapşırıqlar verilmişdir. Çıxış edən kompleksin direktor müavini Mehriban Əliyeva Kompleks daxilində 2019-cu ilin yanvar ayından etibarən qüvvədə olan daxili nizam intizam qaydalarının icra vəziyyəti barədə ətraflı məlumat vermişdir. Elmi şöbənin müdiri Lətafət Beybutova və Təsərrüfat şöbəsinin müdiri Ayaz Ağayev 2019-cu ilin 2 ayı ərzində görülmüş işləri təhlil edərək müvafiq təkliflərlə çıxış etmişlər. Kompleksin direktoru Rəxşəndə Bayramova qarşıdakı ayda görüləcək işlərdən bəhs edərək müvafiq bölgü aparıldığını nəzərə çatdıraraq, hər bir şöbə əməkdaşlarının məsul olduğu işlərlə bağlı tapşırıqlar vermişdir. Hər bir əməkdaşa vəzifə bölgüsünə əsasən öz işlərinə daha məsuliyyətli yanaşmaları tövsiyyə olunmuşdur.

Kompleks əməkdaşları və Qusar məktəbliləri Qanlı dərədə qələbə qazanmış Qusar və Quba qəhrəmanlarının şərəfinə ucaldılmış abidəni ziyarət etmişlər.

Ümumtəhsil müəssisələrində keçirilməsi nəzərdə tutulan “31 Mart Azərbaycanlıların Soyqırımı” (2018-2023) layihəsi çərçivəsində 04.03.2019-cu il tarixində Quba şəhərində “ Soyqırımı Memorial Kompleksi” nin əməkdaşları və Qusar şəhər 1№ li tam orta məktəbinin rəhbərliyi, həmçinin müəllim və şagird kollektivi 1918-ci ildə Qanlı dərədə qələbə qazanmış Qusar və Quba qəhrəmanlarının şərəfinə ucaldılmış abidəni ziyarət etmiş, abidənin qarşısında “Rədd olsun erməni vandalizmi!” şüarı ilə çıxışlar edərək, dünya ictimaiyyətinin soyqırımı həqiqətlərini tanımaga və mənfur erməni cəlladlarının nəhayət layiq olduqları yeri göstərməyə dəvət etmişlər.
Abidə önündə natiqlər xalqımıza qarşı 1918-ci ildə millətçi erməni-daşnak və bolşevik silahlı dəstələri tərəfindən törədilmiş soyqırımı ölkəmizin müxtəlif regionlarında, həmçinin Qusar ərazisində də milli-dini zəmində kütləvi soyqırımı və talanlar xüsusi amansızlıqla həyata keçirilmişdir. Çoxmillətli və çoxkonfessiyalı Azərbaycan cəmiyyəti tarix boyu xalqımızın məruz qaldığı etnik təmizləmə, deportasiya, terror və soyqırımı aktlarının ağrı-acısını unutmur, verdiyi qurbanların xatirəsini daim uca tutur.
Məktəbin direktoru Dilşad Şinqarova çıxış edərək bildirmişdir ki, düşmənlər silah-sursat sarıdan nə qədər güclü olsalar da, yerli əhali, əsrlərlə bir yerdə dostluq və qardaşlıq şəraitində yaşamış azərbaycanlılar, ləzgilər, tatlar və digərləri birləşərək onların qarşısını almağa çalışmış və bu yolda son nəfəslərinədək müqavimət göstərərək şəhid olmuşlar. Məhz “Qanlı dərə” bu bölgədə yaşayan xalqların qanlarının bir-birinə qarışdığı müqəddəs bir məkandır.
Sonda Kompleks əməkdaşları və iştirakçılar tərəfindən abidənin önünə tər güllər düzülmüşdür.

“31 Mart Azərbaycanlıların Soyqırımı” layihəsi çərçivəsində növbəti tədbir Qusar şəhər 4 № li tam orta məktəbində keçirildi.

5 il ərzində həyata keçiriləcək “31 Mart Azərbaycanlıların soyqırımı” (2018-2023) layihəsi çərçivəsində 04.03.2019-cu il tarixində Qusar şəhər 4 N-li tam orta məktəbinin rəhbərliyi, müəllim və şagird kollektivinin iştirakı ilə “Tarixin həqiqətləri” vətənpərvərlik mövzusunda tədbir təşkil edilmişdir.
Məruzə ilə çıxış edən Kompleksin direktor müavini Mehriban Əliyeva tədbir iştirakçılarını salamlayaraq, Kompleks rəhbərliyinin təşəbbüsü ilə təşkil edilmiş tədbirin əhəmiyyətindən, Azərbaycan Xalq Cümhuriyyətinin çətin bir şəraitdə fəaliyyətindən və 1918-ci ilin mart-aprel aylarında erməni quldur dəstələrinin Azərbaycan torpaqlarında, o cümlədən Quba qəzasında törətdikləri insanlığa sığmayan bəşəri cinayətləri haqqında məlumat vermişdir.
Daha sonra Kompleksin Elmi şöbəsinin müdiri Lətafət Beybutova tarixin qanlı səhifələrindən olan 31 mart soyqırımı faktlarından, tarixi həqiqətlərin dünyaya çatdırılması istiqamətində işlərin görülməsindən danışaraq qeyd etdi ki, hər bir azərbaycanlı şərəfli tariximizlə yanaşı, mənfur düşmənimiz olan erməni vandallarının törətdikləri vəhşiliklərini dünyaya çatdırılmasında çalışmalı və bu sahədə əlindən gələn köməkliyi əsirgəməməlidirlər.
Məktəbin tarix müəllimi Rail Kazımov çıxışında təşkil olunan tədbirin keçirilməsinin mühüm addım olduğunu və bu unudulmaz tarixin hər bir azərbaycanlı üçün qan yaddaşı olduğunu vurğulamışdır.
Məktəbin rəhbərliyinə soyqırım hadisələrini özündə əks etdirən kitab və bukletlər təqdim edildikdən sonra “Quba Soyqırımı” sənədli filmi nümayiş olunmuşdur.