• office@soyqirim.az
  • (023)335-37-07
Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba-Xaçmaz regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə 1918-ci il azərbaycanlıların soyqırımının 107-ci ildönümü ilə əlaqədar olaraq tədbir təşkil olunub. / 29 Mart, 2025
Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman soydaşlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan Kompleksin direktor müavini Mehriban Əliyeva Kompleksin fəaliyyəti, 1918-ci ildə baş vermiş soyqırımlar haqqında ətraflı Məlumat vermişdir.
Çıxış edənlər – Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba-Xaçmaz regional nümayəndəliyinin koordinatoru Eyvaz Xeyrullayev, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba-Xaçmaz regional nümayəndəliyinin Xaçmaz bölməsinin mütəxəssisi Ceyhun Fərzəliyev, Quba Dövlət Sosial-İqtisadi Kollecinin Tələbə Gənclər Təşkilatının sədri Mətanət Məmmədova,Soyqırımı Memorial Kompleksinin EAEF şöbəsinin əməkdaşı Səriyyə Abidova – hər biri mövzu ətrafında öz məruzələri ilə çıxışlar ediblər.

Paylaş

Spread the love