• office@soyqirim.az
  • (023)335-37-07
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin, Quba Rayon İcra Hakimiyyətinin, Soyqırımı Memorial Kompleksinin və Qafqaz Müsəlmanları İdarəsinin Quba və Qusar rayonları üzrə qazılığının birgə təşəbbüsü ilə din xadimlərin və dini icmaların nümayəndələrinin Quba şəhərində "Soyqırımı Memorial Kompleksi"nə ziyarəti təşkil olunub. / 30 Mart, 2025
Soyqırımına məruz qalmış həmvətənlərimizin əziz xatirəsi anılaraq, din xadimləri tərəfindən dualar oxunduqdan sonra ziyarətçilərə ətraflı məlumat verilib.
Daha sonra Soyqırımı Memorial Kompleksində əməkdar rəssam Adil Şıxəliyevin əsərlərindən ibarət, soyqırımın dərin təsirini əks etdirən “Mələklərin fəryadı” adlı sərgisi ilə tanış olunmuş, sərgidə nümayış olunan əsərlər haqqında məlumat verilmişdir.

Paylaş

Spread the love