Soyqırımı Memorial Kompleksinin rəhbərliyinin təşəbbüsü ilə ümumtəhsil müəssisələrində həyata keçirilməsi nəzərədə tutulan “31 Mart Azərbaycanlıların Soyqırımı” (2018-2023-cü illər ) adlı layihəyə əsasən silsilə tədbirlərin davamı olaraq növbəti tədbir Xaçmaz şəhər 7 № li tam orta məktəbində təşkil olunmuşdur. “Tarixini Unutma!” mövzusunda keçirilən tədbirdə məktəbin rəhbərliyi, həmçinin 100 nəfərə yaxın şagird iştirak etmişdir. Tədbirdə XX əsr ərzində Qafqazda Azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasətindən, eləcə də Kompleksin fəaliyyəti barədə geniş məzmunlu məlumatlar verilmişdir. Daha sonra məktəbin fəal şagirdləri vətənpərvərlik mövzusunda şeirlər səsləndirmiş və Kompleks əməkdaşları tərəfindən iştirakçılar üçün Quba Soyqırımı ilə bağlı sənədli film nümayiş olunmuşdur.