2020-ci il iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistanın silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqeləri ələ keçirmək məqsədi ilə atəşkəs rejimini kobud şəkildə pozaraq gərginliyi artırmaq məqsədilə növbəti hərbi təxribatı törətmiş və mövqelərimizi atəşə tutmaqla hücuma keçmək cəhdi etmişdir.
Bir neçə gün davam edən döyüşlər zamanı hücum cəhdinin qarşısı alınmış və düşmənə sarsıdıcı zərbələri endirilmişdir.
Ordumuzun gördüyü cavab tədbirləri nəticəsində böyük itki verən düşməni geri çəkilməyə məcbur etmişdir. Ordumuz düşmənin 100-ə qədər canlı qüvvəsini, çoxlu sayda hərbi texnikasını və mühüm obyektlərini məhv etmişdir. Düşmənlə döyüşlərdə Azərbaycan Ordusunun əsgər və zabitləri də qəhrəmancasına şəhid olmuşlar.
Xatirələri hörmətlə anılır