• office@soyqirim.az
  • (023)335-37-07
Prezident cənab İlham Əliyev 2019-cu ildə intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə “Yüksəliş” müsabiqəsinin təsis edilməsi barədə sərəncam imzalamışdır. / 27 İyun, 2021

Bunun ardınca yaşı 21-51 olmaqla ali təhsilli şəxslərin müsabiqədə iştirakı üçün elanlar verilmiş və 10.000 nəfər qeydiyyatdan keçmişdir. 5 mərhələ iştirakçılarının bilik və bacarıqları yoxlanımış və 300 nəfərədək iştirakçı yarımfinal mərhələyə keçmişdir. Çox sevindirici haldır ki, Kompleksin Təsərrüfat şöbəsinin müdiri Ayaz Ağayev də yarımfinalda iştirak edir və 300 yarımfinalçıdan biridir. Onu təbrik edir və keçirilən bu mərhələ də bol-bol uğurlar arzulayırıq.

Paylaş

Spread the love