• office@soyqirim.az
  • (023)335-37-07
Azərbaycanlıların soyqırımının 104-cü ildönümü ərəfəsində keçirilmiş elmi seminarlar (24-26 mart) / 26 Mart, 2022

Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin təsdiq edilmiş müvafiq tədbirlər planına əsasən, mart ayı ərzində 1918-ci il azərbaycanlıların soyqırımının 104-ci ildönümünə həsr olunmuş onlayn elmi seminarlar təşkil edilmişdir.
24.03.2022-ci il tarixində “Bakı, Şamaxı və Quba qəzalarında 1918-ci il soyqırımı hadisələri”, 25.03.2022-ci il tarixində “Bakı, İrəvan, Naxçıvan və Zəngəzur bölgələrində daşnak-bolşeviklərin həyata keçirdiyi etnik təmizləmə siyasəti”, 26.03.2022-ci il tarixində “Şərqi Anadolu, Cənubi Azərbaycan və İranda müsəlman əhaliyə qarşı soyqırımlar ” adlı mövzularda kompeksin direktoru t.ü.f.d.Rəxşəndə Bayramovanın moderatorluğu ilə onlayn seminarlar keçirilmişdir. Vebinarlarda kompleksin elmi şöbəsinin əməkdaşları, eləcə də Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə daxil olan Tarix və Mədəniyyət Qoruqlarının ümumilikdə 120-dək elmi işçisi iştirak etmişdir. Məruzəçilər Azərbaycan torpaqlarında, həmçinin Şərqi Anadolu və İranda erməni qəsbkarlarının həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində dinc müsəlman əhaliyə qarşı törədilən soyqırımı hadisələrindən bəhs etmişlər.

Paylaş

Spread the love