“31 Mart Azərbaycanlıların soyqırımı” layihəsi çərçivəsində Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”, Bakı şəhəri Rixard Zorge adına 90№-li, Ələkbər Eyvazov adına 275 №-li və Qubadlı rayonu İ. Məmmədov adına Aşağı Mollu kənd orta məktəblərinin birgə təşkilatçılığı ilə 2022-ci ilin may ayı ərzində təbliğat xarakterli tədbirlər təşkil edilmişdir. 700 dən artıq müəllim və şagirdin iştirak etdiyi tədbirlərdə Kompleksin direktoru t.ü.f.d Rəxşəndə Bayramova və elmi işçisi t.ü.f.d Sübhan Talıblı Azərbaycanda 1918-ci ildə baş vermiş soyqırımı hadisələri bardə məruzələrlə çıxışlar etmişlər. Sonda məktəb rəhbərlərinə və fəal şagidlərə Sertifikatlar təqdim edilmişdir.