• office@soyqirim.az
  • (023)335-37-07
31 mart azərbaycanlıların soyqırımının 105-ci və 26 fevral Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir / 22 Fevral, 2023

Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin, Quba şəhəri H.Əliyev adına 1 №-li tam orta məktəbinin birgə təşkilatçılığı ilə 31 mart azərbaycanlıların soyqırımının 105-ci və Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş “Tarixi həqiqətləri unutmayaq” mövzusunda IX-XI sinif şagirdləri üçün mühazirə təşkil olunmuşdur. Tədbirdə məruzə ilə çıxış edən Soyqırımı Kompleksinin direktor müavini Mehriban Əliyeva 1918-ci və 1992-ci illərdə erməni qəsbkarlarının azərbaycanlılara qarşı törətdiyi dəhşətli soyqırımı hadisələri haqqında geniş məlumat vermişdir. Tədbirin sonunda şagirdlərlərin iştirakı ilə fikir mübadiləsi aparılmışdır.

Paylaş

Spread the love