İməclik zamanı ərazidə yığılıb qalan bütün məişət tullantıları və zibilliklər tamamilə təmizlənmişdir. Toplanan tullantılar xüsusi kisələrə yığılaraq ərazidən birdəfəlik uzaqlaşdırılmış və müvafiq qaydada poliqona daşınmışdır. Birgə əməyin səmərəli nəticəsi olaraq ərazi qısa müddət ərzində tamamilə təmiz, nizamlı və səliqəli görkəmə gətirilmişdir. Bu cür könüllü aksiyalar həm tarixi irsimizə olan böyük ehtiramı nümayiş etdirir, həm də ətraf mühitin qorunmasına mühüm töhfə verir.



