• qsmk@soyqirim.az
  • (023)336-37-07
Gənc Etnoqrafların II Respublika Forumu keçiriləcək 16-17 mart 2026-cı il tarixlərində Lənkəran şəhərində “İcma, Mədəniyyət və Elmi Əməkdaşlıq” mövzusunda Gənc Etnoqrafların II Respublika Forumu keçiriləcək.

Forum Etnoqrafik Tədqiqatlara Dəstək İctimai Birliyinin təşkilatçılığı, Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”, Lənkəran Regional Elm Mərkəzi və “İntellekt” Sərhədsiz Maarifçi Gənclər İctimai Birliyinin dəstəyi ilə baş tutacaq.
Tədbirin məqsədi yerli icmaların milli-mədəni və mənəvi irsinin araşdırılması, gənc tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırılması, etnoqrafiya sahəsində əməkdaşlıq platformasının genişləndirilməsi və mədəniyyətlərarası dialoqun gücləndirilməsidir.
Forum aşağıdakı əsas istiqamətlər üzrə təşkil olunur:
I. Etnoqrafiya və Etnologiya: məişət ənənələri, milli geyim və qida mədəniyyəti, mədəni inteqrasiya prosesləri.
II. Arxeoetnoqrafiya: arxeoloji tapıntıların etnoqrafik təhlili, qədim yaşayış məskənləri, maddi mədəniyyət nümunələrinin təyinatı.
III. Etno-Fotoqrafiya: foto-sənədlərin analizi, adət və mərasimlərin vizual sənədləşməsi, fotoarxivlərin elmi dövriyyəyə gətirilməsi.
IV. Mədəni Antropologiya: qohumluq sistemləri, sosial status anlayışları, ritualların araşdırılması.
V. Mədəni İrs və Tarixi Yaddaş: ənənəvi sənət növləri, maddi və qeyri-maddi irsin qorunması və təbliği.
VI. Tarixi-Mədəni Abidələr və Memarlıq İrsi: karvansaraylar, hamamlar, körpülər və qalaların etnoqrafik tədqiqi.
VII. 1918-ci il Soyqırımı hadisələrinin etnoqrafik aspektləri: hadisələrin icmalara təsiri, dağıdılmış tarixi-mədəni obyektlərin bərpası.
Tezislərin qəbulu və tələblər
Gənc tədqiqatçılardan 3–5 səhifə həcmində, APA 7 formatına uyğun elmi tezislər qəbul olunur. Tezislər Azərbaycan və ya ingilis dillərində təqdim edilməlidir.
Materiallar 1 fevral 2026-cı il tarixinədək ethno.studies24@gmail.com ünvanına göndərilməlidir.
Qəbul prosesinə ikili ekspert qiymətləndirmə sistemi tətbiq ediləcək. Tələblərə uyğun olmayan və ya plagiat aşkarlanan məqalələr qəbul edilməyəcək.
Forumun materialları “Qədim Diyar” beynəlxalq elmi jurnalının xüsusi buraxılışında nəşr olunacaq. Bütün məruzəçilərə sertifikat təqdim ediləcək.

Paylaş

Spread the love