Bakı məktəblərində tarixi yaddaşın qorunması və mədəni irsimizin təbliği istiqamətində maarifləndirici tədbirlər davam etdirilir.

1/8
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Soyqırımı Memorial Kompleksi tərəfindən Bakı şəhərinin ümumtəhsil müəssisələrində maarifləndirici tədbirlər davam etdirilir. Bu çərçivədə 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırımı hadisələri, eləcə də “Mədəni irsimiz: dünən və bu gün” mövzularını əhatə edən təqdimatlar əsasında məktəblərdə görüşlər və sərgilər təşkil olunur. Növbəti maarifləndirici tədbirlər 13 nömrəli tam orta məktəbdə və Eldar Məmmədov adına 21 nömrəli tam orta məktəbdə keçirilib. Tədbirlər zamanı Kompleksin əməkdaşları Nazilə Məmmədova və Zərifə Əlirzayeva çıxış edərək şagirdlərə xalqımıza qarşı törədilmiş soyqırımı hadisələri, onların tarixi səbəbləri və ağır nəticələri barədə ətraflı məlumat veriblər. Çıxışlarda əsrlər boyu xalqımıza qarşı həyata keçirilmiş soyqırımı və etnik təmizləmə siyasətinin mahiyyəti, günahsız insanların kütləvi qətlə yetirilməsi, əhalinin doğma yurdlarından didərgin salınması, eləcə də tarixi və mədəni irsimizin məhv edilməsi faktları diqqətə çatdırılıb. Xüsusilə Quba şəhərində aşkar edilmiş kütləvi məzarlığın həmin faciəli hadisələrin tarixi sübutlarından biri olduğu vurğulanıb.
Bildirilib ki, bu məzarlıq xalqımıza qarşı törədilmiş cinayətlərin beynəlxalq ictimaiyyətə çatdırılması və tarixi həqiqətlərin gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır. Maarifləndirici görüşlərdə Azərbaycanın zəngin mədəni irsinin qorunması və təbliği məsələlərinə də geniş yer ayrılıb. Şagirdlərə işğal dövründə tarixi və dini abidələrimizin, məscidlərimizin, ziyarətgahlarımızın, muzey və kitabxanalarımızın dağıdılması, talan edilməsi və milli-mədəni mənsubiyyətinin saxtalaşdırılması barədə məlumat verilib. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, tarixi abidələrin yenidən bərpası, mədəni irs nümunələrinin mühafizəsi və gələcək nəsillərə çatdırılması istiqamətində görülən tədbirlər diqqətə çatdırılıb. Məktəblərdə təşkil olunan sərgilərdə 1918-ci il soyqırımı hadisələrini əks etdirən arxiv materialları, tarixi sənədlər və fotoşəkillər nümayiş etdirilib. Şagirdlər sərgi materialları ilə yaxından tanış olub, mövzulara böyük maraq göstərərək Kompleksin əməkdaşlarına suallar ünvanlayıblar. Tədbirlərin sonunda məktəb rəhbərləri çıxış edərək bu cür maarifləndirici görüşlərin gənc nəslin tarixi yaddaşının formalaşmasında, milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsində və vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynadığını qeyd ediblər. Qeyd edək ki, keçirilən maarifləndirici tədbirlərdə ümumilikdə 1000-ə yaxın şagird iştirak edib.