• office@soyqirim.az
  • (023)335-37-07
FÖVQƏLADƏ TƏHQiQAT KOMiSSIYASI

Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökuməti ölkədə baş verən qanlı hadisələrə münasibət bildirməyi zəruri saymış və Birinci Dünya müharibəsi başlandığı vaxtdan bolşevik adı altında erməni quldur dəstələri tərəfindən müsəlman əlalisinə və mülkiyyətinə qarşı törədilən zorakılıq hallarını araşdırmaq məqsədilə 1918-ci il 15 iyul tarixində Fövqəladə Təhqiqat Komissiyasının yaradılması haqqında qərar qəbul etmişdir. FTK- nın sədri tanınmış hüquqşunas Ələkbər bəy Xasməmmədov idi. Komissiya 7 nəfərlik tərkiblə təsis edilsədə, sonralar Bakı və Gəncə şəhərlərinin istintaq-prokurorluq və məhkəmə orqanlarının digər nümayəndələri işə cəlb edilmişdir. FTK- nın tərkibi çoxmillətli olmaqla, əsasən polyak, rus, alman, litva tatarı və Rusiyada təhsil almış hüquqşunas azərbaycanlılardan ibarət idi.Fəaliyyət göstərdiyi dövr ərzində  15 iyul 1918-ci ildən, 1 noyabr 1919-cu ilə qədər FTK tərəfindən 36 cilddən ibarət istintaq materialı toplanmışdır. Bakı, Şamaxı, Quba, Göyçay, Cavad, Nuxa, Lənkəran qəzalarında, Gəncədə, Qarabağda, Zəngəzurda ermənilər tərəfindən törədilmiş amansız cinayətlər araşdırılmışdır. FTK-nın fəaliyyətinin yekunu olaraq 128 məruzə və qərar layihəsi hazırlanmış, onların əsasında müxtəlif cinayətlərdə müqəssir bilinən 194 şəxsə qarşı cinayət işi qaldırılmışdır.

Paylaş

Spread the love