fbpx
  • office@soyqirim.az
  • (023)335-37-07
Azərbaycan Mətbuatı (1918-ci il)

 

Erməni daşnaklarının türk-müsəlman əhaliyə qarşı törətdikləri vəhşiliklər real faktlar, sənədlər və şahid ifadələri sayəsində bu günümüzə qədər gəlib çatmışdır. 1918-ci ildə baş vermiş mart hadisələri dövrün mətbuatında geniş şəkildə işıqlandırılmışdır. Onlardan biri də “Naş Qolos” qəzetinin 24 mart, 1918-ci il, 59-сu nömrəsində dərc edilmiş “Dəhşətli günlər” adlı məqələdə yazılır:
“Hər tərəf meyitlərlə doludur-yanıb kül olmuş, doğranmış, eybəcər hala salınmış…”Təzə pir” məscidi artilleriya atəşlərindən güclü ziyan çəkmişdir. Patrul 6-cı polis sahəsinin həyətində 600-ə yaxın əsir müsəlman qadın və uşaqları tapdı, onları azad etdi və şəhərin müsəlman hissəsinə qədər müşayiət etdi. Geniş kütlələr qəzəb və nifrətlə dolub-daşır, bu hisslər getdikcə qəzəbli intiqam hissinə çevrilir ki, onların qarşısını almaq elə də asan olmayacaq”…