fbpx
  • office@soyqirim.az
  • (023)335-37-07
Misir Ərəb Respublikasının Əl-Əzhər, Eyn-Şəms, Qahirə və İskəndəriyyə Universitetlərinin tələbələrinin iştirakı ilə vebseminar keçirilmişdir. / 16 İyul, 2020

 

15.07.2020-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi, Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin təşəbbüsü və təşkilatçılığı, Misir Ərəb Respublikasının Əl-Əzhər, Eyn-Şəms, Qahirə və İskəndəriyyə Universitetlərinin tələbələrinin iştirakı ilə vebseminar keçirilmişdir. Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin ərəb dilli mütəxəssisi Seyid Cabbarovun moderatorluğu ilə keçirilmiş seminarda ADPU-nin Tarix və Coğrafiya fakultəsinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Sevil Bəhramova, Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova, Misir Ərəb Respublikası, Qahirə şəhəinin “Əlnur Dillər Mərkəzinin” müəllimi, ərəblər üçün “Azərbaycan dilinin qrammatikası” kitabının müəllifi İsra Adil, araşdırmaçı yazar, Azərbaycan tarixinə dair bir sıra məqalələrin eləcə də “Qarabağ Qafqazda sülhə aparan yol” (2014) kitabının müəllifi Doktor Əhməd Abduh Tarabik və ADPU-nin tələbəsi Hafiz Məmmədov “Azərbaycanın tarixi və mədəni abidələri ” movzusunda çıxışlar etmişlər. Seminarda mövzu ilə maraqlanan mütəxəssis və tələbələr də iştirak etmişlər.