• office@soyqirim.az
  • (023)335-37-07
Tarixdə bu gün: 9 oktyabr Hadrutun işğaldan azad olunduğu gündür. / 9 Oktyabr, 2021

Birinci Qarabağ müharibəsində yəni, 2 noyabr 1992-ci ildə Ermənistan qoşunları tərəfindən işğal edilmiş Azərbaycanın Xocavənd rayonunda yerləşən Hadrut və ona bitişik kənd və yüksəkliklər 28 il sonra 9 oktyabr 2020-ci il tarixində II Qarabağ müharibəsi zamanı Müzəffər Azərbaycan Ordusu tərəfindən geri qaytarıldı. Həmin tarixdə Hadrut ilə bərabər aşağıda adları qeyd olunan ərazilər də erməni işğalından azad edildi. Bunlar:
•Xocavənd rayonunun Sur kəndi
•Cəbrayıl rayonunun Qaracallı, Süleymanlı, Əfəndilər və Qışlaq kəndləri
•Füzuli rayonunun Yuxarı Güzlək, Gorazıllı kəndləri
•Tərtər rayonunun Çaylı kəndi.
Torpaqlarımızın azad edilməsində canından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəman Azərbaycan oğullarına Allah rəhmət eləsin.

Paylaş

Spread the love