“31 Mart Azərbaycanlıların Soyqırımı” layihəsi çərçivəsində növbəti tədbir Qusar şəhər 4 № li tam orta məktəbində keçirildi.

5 il ərzində həyata keçiriləcək “31 Mart Azərbaycanlıların soyqırımı” (2018-2023) layihəsi çərçivəsində 04.03.2019-cu il tarixində Qusar şəhər 4 N-li tam orta məktəbinin rəhbərliyi, müəllim və şagird kollektivinin iştirakı ilə “Tarixin həqiqətləri” vətənpərvərlik mövzusunda tədbir təşkil edilmişdir.
Məruzə ilə çıxış edən Kompleksin direktor müavini Mehriban Əliyeva tədbir iştirakçılarını salamlayaraq, Kompleks rəhbərliyinin təşəbbüsü ilə təşkil edilmiş tədbirin əhəmiyyətindən, Azərbaycan Xalq Cümhuriyyətinin çətin bir şəraitdə fəaliyyətindən və 1918-ci ilin mart-aprel aylarında erməni quldur dəstələrinin Azərbaycan torpaqlarında, o cümlədən Quba qəzasında törətdikləri insanlığa sığmayan bəşəri cinayətləri haqqında məlumat vermişdir.
Daha sonra Kompleksin Elmi şöbəsinin müdiri Lətafət Beybutova tarixin qanlı səhifələrindən olan 31 mart soyqırımı faktlarından, tarixi həqiqətlərin dünyaya çatdırılması istiqamətində işlərin görülməsindən danışaraq qeyd etdi ki, hər bir azərbaycanlı şərəfli tariximizlə yanaşı, mənfur düşmənimiz olan erməni vandallarının törətdikləri vəhşiliklərini dünyaya çatdırılmasında çalışmalı və bu sahədə əlindən gələn köməkliyi əsirgəməməlidirlər.
Məktəbin tarix müəllimi Rail Kazımov çıxışında təşkil olunan tədbirin keçirilməsinin mühüm addım olduğunu və bu unudulmaz tarixin hər bir azərbaycanlı üçün qan yaddaşı olduğunu vurğulamışdır.
Məktəbin rəhbərliyinə soyqırım hadisələrini özündə əks etdirən kitab və bukletlər təqdim edildikdən sonra “Quba Soyqırımı” sənədli filmi nümayiş olunmuşdur.

“Tarixi Yaddaşımız” adlı tədbir Elxan Güləliyev adına Qusar şəhər 2 № li tam orta məktəbində təşkil olundu.

Soyqırımı Memorial Kompleksinin rəhbərliyinin təşəbbüsü ilə ümumtəhsil müəssisələrində həyata keçirilməsi nəzərədə tutulan “31 Mart Azərbaycanlıların Soyqırımı” (2018-2023-cü illər ) adlı layihəyə əsasən silsilə tədbirlərin davamı olaraq növbəti tədbir 02.03.2019-cu il tarixində Elxan Güləliyev adına Qusar şəhər 2 № li tam orta məktəbində təşkil olunmuşdur. “Tarixi Yaddaşımız!” mövzusunda təşkil olunan tədbirdə məktəbin rəhbərliyi, həmçinin müəllim və şagird kollektivi iştirak etmişdir.
Giriş sözü ilə çıxış edən Kompleksin direktor müavini Mehriban Əliyeva soyqırımının Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirildiyini və bu ərazilərdə dinc əhalinin kütləvi surətdə qətlə yetirilərək kəndlərin yandırılılması, milli mədəniyyət abidələrinin dağıdılıb məhv edilməsi haqqında ətarflı məlumat vermişdir.
Daha sonra Kompleksin Elmi şöbəsinin müdiri Lətafət Beybutova “Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarlarının azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyaları həyata keçirdiklərini xüsusilə qeyd etmişdir.
Məktəbin direktoru Dilşad Şinqarova təşkil olunan tədbirin əhəmiyyətindən danışaraq bu unudulmaz tarixin hər bir azərbaycanlı üçün qan yaddaşı olduğunu vurğulamışdır.
Şagirdlərin Soyqırımı hadisələri ilə bağlı suallarına və onları maraqlandıran məsələlərə ətraflı münasibət bildirən Kompleks əməkdaşları məktəbliləri Soyqırımı Memorial Kompleksinə dəvət etmişlər. Tədbir çərçivəsində iştirakçılar üçün Quba Soyqırımı ilə bağlı sənədli film nümayiş edilmiş və sonda məktəbin rəhbərliyinə soyqırımı hadisələrini özündə əks etdirən kitab və bukletlər təqdim olunmuşdur.

“31 Mart Azərbaycanlıların Soyqırımı” adlı layihə Nemət Məmmədəliyev adına Qusar şəhər 3 № li tam orta məktəbində reallaşdı.

Soyqırımı Memorial Kompleksinin rəhbərliyinin təşəbbüsü ilə ümumtəhsil müəssisələrində həyata keçirilməsi nəzərədə tutulan “31 Mart Azərbaycanlıların Soyqırımı” (2018-2023-cü illər ) adlı layihəyə əsasən silsilə tədbirlərin davamı olaraq növbəti tədbir 28.02.2019-cu il tarixində Nemət Məmmədəliyev adına Qusar şəhər 3 № li tam orta məktəbində reallaşdı. Məktəbin rəhbərliyi, həmçinin müəllim və şagird kollektivinin iştirak etdiyi tədbirdə “Tariximizi unutmayaq!” şüarı altında çıxışlar səsləndi.
Məruzə ilə çıxış edən Kompleksin direktor müavini Mehriban Əliyeva son 2 əsrdə Qafqazda Azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasətindən danışaraq bu məzmunda təbliğat xarakterli tədbirlərin keçirilməsinin vacibliyinini qeyd etmişdir.
Daha sonra Kompleksin Elmi şöbəsinin müdiri Lətafət Beybutova 1918-ci ildə ermənilərin Bakıda və Azərbaycanın digər bölgələrində törətdikləri soyqırımlardan, bu vəhşiliklərin xalqın qan yaddaşında iz buraxmasından və Azərbaycan xalqını bir millət kimi yer üzündən tamamilə silmək kimi iyrənc niyyətlərindən ətraflı məlumat vermişdir.
Məktəbin müəllimi Ələsgərova Sevinc Kompleksin əməkdaşlarını salamlayaraq təşkil olunan tədbirin keçirilməsinin mühüm addım olduğunu və bu unudulmaz tarixin hər bir azərbaycanlı üçün qan yaddaşı olduğunu vurğulamışdır.
Məktəbin rəhbərliyinə soyqırımı hadisələrini özündə əks etdirən kitab və bukletlər təqdim olunduqdan sonra müəllim və şagirdlərə Quba Soyqırımı ilə bağlı sənədli film nümayiş olunmuşdur.

Tarixi Yerlər və Abidələr I Beynəlxalq Quba Simpoziumu

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması,İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Quba Soyqırımı Memorial Kompleksi, Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Gürcüstan Qafqaz İrs Araşdırma İnstitutunun təşkilatçılığı ilə 15-16 may 2019-ci ildə “Tarixi Yerlər və Abidələr I Beynəlxalq Quba Simpoziumu” keçiriləcək. Bu simpoziumun əsas məqsədi dünyanın və Azərbaycanın müxtəlif yerlərində tarixi-mədəni irsi, memarlıq və xatirə abidələri, qədim şəhərləri və insanların həyat tərzini araşdıran alim və tədqiqatçıları bir araya gətirməkdir.

 

Simpoziumun şərtləri:

Simpozium Quba Soyqırımı Memorial Kompleksində keçiriləcək. Məruzələrin Azərbaycan, türk, ingilis və rus dillərindən birində hazırlanması nəzərdə tutulur. Aprel ayının 15-nə kimi tezis göndərmək istəyənlər üçün Simpozium komitəsi açıqdır. Tezislər 300 sözdən çox olmamalıdır. Tezislər miraspresscenter@gmail.com ünvanına göndərilməlidir.

 

  • Simpozium mövzuları:
  • Ümumdünya irsi: tarixi yerlər və abidələr
  • Azərbaycanın tarixi yerləri və abidələri
  • Arxeoloji irs
  • Mədəni irsin ictimailəşməsi
  • Memarlıq və xatirə abidələri
  • Yerli həyat tərzləri
  • Simpoziumun yeri:
  • Quba Soyqırımı Memorial Kompleksi / Quba
  • Simpzoium təqvimi:
  • Tezislərin son göndərilmə tarixi: 15 aprel 2019
  • Qəbul edilən tezislərin elanı: 20 aprel 2019
  • Rəsmi dəvətlərin göndərilməsi: 30 aprel 2019
  • Məruzələrin tam mətninin göndərilməsi: 15 may 2019
  • Simpozium kitabı sonra nəşr olunacaqdır.
  • Simpozium proqramının elan olunması: 5 may 2019
  • Simpozium Günləri:
  • 1-ci gün: 15 may 2019 (Qeydiyyat: 09.00-11.00)
  • 2-ci gün: 16 may 2019 
  • Simpoziumun Fəxri Komitəsi:
  • Əbülfəs QARAYEV
  • Azərbaycan Respublikası Mədəniyyət Naziri
  • Zakir SULTANOV
  • Mədəni İrsin Qorunmaası, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi
  • AMEA-nın müxbir üzvü Vəli ƏLİYEV
  • Azərbaycan Dövlət Pedaqoji Universiteti
  • Simpoziumun Elmi Komitəsi:
  • Prof.Dr. Cəfər QİYASİ
  • Prof.Dr. Qafar CƏBİYEV
  • Prof.Dr. Kübra ƏLİYEVA
  • Prof.Dr. Minəxanım Nuriyeva-TƏKLƏLİ
  • Prof.Dr. Şikar QASIMOV
  • Prof.Dr. Nərgiz ƏLİYEVA
  • Dr. Fariz XƏLİLLİ
  • Dr. Həbibə ƏLİYEVA
  • Dr. Elmira ABASOVA
  • Dr. Günel SEYİDƏHMƏDLİ
  • Şəfa MÖVSÜMLÜ
  • Tərxan PAŞAZADƏ
  • Gürcüstan
  • Elnur ƏLİYEV
  • Türkiyə
  • Prof.Dr. Recep KARADAĞ
  • Dr. Metin HAKVERDIOĞLU
  • Dr. Afina BARMANBAY
  • Şimali Kipr
  • Dr. Nazim MURADOV
  • İtaliya
  • Prof.Dr. Luigi SCRINZI
  • Dr. Andrea MACCHIA
  • Makedoniya
  • Prof.Dr. Rubin ZEMON
  • Prof.Dr. Zoran MATEVSKİ
  • Simpozium Təşkilat Komitəsi:
  • Təşkilat Komitəsinin Sədri
  • Dr. Rəxşəndə BAYRAMOVA
  • Təşkilat Komitəsinin Üzvləri:
  • Mehriban ƏLİYEVA
  • Orxan QƏMBƏROV
  • Gülşən HÜSEYNOVA
  • Şölə BAYRAMOVA
  • Tofiqə CƏFƏRLİ
  • Nərgiz QARAYEVA
  • Aidə MƏLİKOVA
  • Ruslan ADGÖZƏLOV
  • Şükür NOVRUZLU
  • Ayşən ZEYNALLI
  • Abu Talib TURABOV
  • Anar HƏBİBOV
  • İştirak xərci:
  • Simpozium qeydiyyat xərci – 30 AZN
  • Nəqliyyat xərci daxil deyil.
  • Web adres: www.miras.az
  • E-mail: miraspresscenter@gmail.com
  • Adres: Quba Soyqırımı Memorial Kompleksi
  • Vatsap: 00994508764043
  • Tərəfdaşlar:
  • Beynəlxalq YOCOCU Assosiasiyası
  • Orta əsr Ağsu şəhəri Arxeoloji turizm kompleksi
  • Humanitar Fənlər Gimnaziyasının Arxeoməktəb klubu
  • Gəgəli kənd ümumi orta məktəbinin Tərəkəmə Folkloru Araşdırma və Təbliğat qrupu
  • Tərəfdaş olmaq istəyən qurumlar müraciət edə bilərlər.

Xocalı Soqırımı Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə qeyd edildi.

Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə Tarixi filmlər layihəsi çərçivəsində 25.02.201-ci il tarixində 26 Fevral Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Quba şəhər Hikmət Hüseynov adına 4 №-li tam orta məktəbinin müəllim və şagird kollektivinin iştirakı ilə ədəbi- bədii kompozisiya və film nümayişi təşkil edilmişdir.
Giriş sözü ilə çixiş edən kompleksin direktoru Rəxşəndə Bayramova tədbir iştirakçılarını salamlayaraq, Xocalı soyqırımının 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımı olduğunu və XX əsrdə azərbaycanlıların 4 dəfə – 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə kütləvi qırğınlara məruz qalması, soyqırımları haqqında ətraflı məlumat vermişdir. Çıxış edən digər natiqlərdə Xocalı Soyqırımı barədə öz fikirlərini bildirmişlər.
Məktəbin fəal şagirdləri Xocalı mövzusunda çıxışlar edərək Vətənpərvərlik mövzusunda şerlər səsləndirmişlər. Sonda ənənəvi olaraq sənədli film nümayiş olunmuşdu.

“31 Mart Azərbaycanlıların soyqırımı” layihəsi çərçivəsində Qusar şəhər 1№li tam orta məktəbində tədbir keçirildi.

 

Ümumtəhsil müəssisələrində keçirilməsi nəzərdə tutulan “31 Mart Azərbaycanlıların soyqırımı” (2018-2023) layihəsi çərçivəsində 23.02.2019-cu il tarixində Bəhruz Ağaverdiyev adına Qusar şəhər 1№ li tam orta məktəbinin rəhbərliyi, həmçinin müəllim və şagird kollektivinin iştirakı ilə “Tarixinə sahib çıxan xalq məğlubedilməzdir” şüarı altında tədbir təşkil edilmişdir.
Məruzə ilə çıxış edən Kompleksin Elmi şöbəsinin müdiri L.Beybutova təşkil olunan layihənin əhəmiyyətindən danışaraq, 1918-ci il azərbaycanlıların soyqırımı haqqında ictimaiyyətin, xüsusən gənclərin maarifləndirilməsinin vacibliyindən, gənclərimizin beynəlxalq tədbirlərdə erməni yalanına cavab olaraq gerçək tarixi faktları açıqlamaq üçün məlumatlı, bilikli olmaları və ən vacibi isə onlar arasında tarixi keçmişimizə hörmət hisslərini aşılayıb, faciələrimizin unudulmamasının vacibliyini qeyd etdi.
Məktəbin direktoru A.Xəlilov Kompleksin əməkdaşlarını salamlayaraq reallaşan tədbirin mühüm addım olduğunu bildirərək, bu unudulmaz tarixin hər bir azərbaycanlı üçün qan yaddaşı olduğunu, gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğuladı.
Daha sonra Kompleksin mütəxəssisləri A.Turabov, Ü. Zeynalova çıxış edərək 2007-ci ildə Qubada aşkarlanmış kütləvi məzarlıq haqqında, 2009-cu ildə Azərbaycan Respublikası prezidenti Cənab İlham Əliyevin sərəncamına əsasən Kompleksin tikilib istifadəyə verilməsi və rəsmi ziyarətçiləri barədə ətraflı məlumat verdilər.
Tədbirdə şagirdlər oz fəalliqları ilə, xüsusilə X sinif şagirdi E. Abdullayev daha məzmunlu fikirləri ilə diqqəti cəlb etdi. Sonda məktəbin rəhbərliyinə soyqırım hadisələrini özündə əks etdirən kitab və bukletlər təqdim olunmuşdur.

Quba şəhəri “ Soyqırımı Memorial Kompleksi”ndə 2018-ci ildə qəbul edilmiş, 5 il ərzində həyata keçiriləcək “31 Mart Azərbaycanlıların soyqırımı” layihəsi çərçivəsində Qusar şəhər 6 N-li tam orta məktəbində tədbir keçirildi.

2018-ci ildə qəbul edilmiş, 5 il ərzində həyata keçiriləcək “31 Mart Azərbaycanlıların soyqırımı” layihəsi çərçivəsində 2019-cu ilin yanvar ayından etibarən Soyqırımı Memorial Kompleksinin rəhbərliyinin təşəbbüsü və Qusar rayon İcra Hakimiyyətinin dəstəyi ilə Qusar rayonunun bir sıra ümumtəhsil müəssisələrində maarifləndirici silsilə tədbirlərin keçirilməsinə start verilmişdir. Layihə çərçivəsində ilk tədbir 22.02.2019-cu il tarixində Akademik Tofiq İsmayılov adına Qusar şəhər 6 N-li tam orta məktəbində rayon təhsil şöbəsinin əməkdaşları, həmin məktəbin rəhbərliyi eləcə də müəllim və şagird kollektivinin iştirakı ilə həyata keçirilmişdir. Tədbirdə Kompleksinin əməkdaşları “Tarixinə sahib çıxan xalq məğlubedilməzdir” şüarı altında çıxışlar etmişlər. Məruzə ilə çıxış edən Kompleksin Elmi şöbəsinin müdiri L.Beybutova vətənpərvərlik mövzusunda təşkil olunan tədbirlərin əhəmiyyətindən danışaraq, bəşəriyyətin ən böyük faciələrindən olan 31 mart soyqırımı faktlarını, tarixihəqiqətləri şagirdlərin nəzərinə çatdırdı. Məktəbin tarix müəllimi İ. Xasmətova cıxış edərək Kompleks rəhbərliyinin təşəbbüsünü yüksək qiymətləndirmiş, belə tədbirlərin keçirilməsinin tədqirəlayiq olduğunu, 1918-ci ilin 28 mayında yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin çox çətin bir şəraitdə fəaliyyət göstərdiyini və bu dövrdə Azərbaycan dövlətçiliyi üçün vacib olan bir çox məsələlərin həll olunduğunu, siyasi və sosial-iqtisadi sahələrdə islahatların həyata keçirildiyini qeyd etdi. Daha sonra Kompleksin mütəxəssisləri A.Turabov, E. Ulubəyov çıxış edərək 1918-ci ilin mart-aprel aylarında erməni vandallarının Azərbaycan torpaqlarında, o cümlədən Quba qəzasında törətdikləri insanlıqdan uzaq cinayətləri barədə şagirdlərə ətraflı məlumat verdilər. Tədbirin gedişatında şagirdlər mövzu ilə bağlı onları maraqlandıran sualları səsləndirərək Kompleksin əməkdaşları tərəfindən maarifləndirilmişlər . Sonda məktəbin rəhbərliyinə soyqırım hadisələrini özündə əks etdirən kitab və bukletlər təqdim olunmuşdur.

 

 

Bakı şəhəri Binəqədi YAP-nın fəal gəncləri Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə.

Gənclərin “Tənhalara Dayaq” İctimai Birliyinin təşəbbüsü ilə “Tarixə səyahət” layihsinin davamı olaraq,  20.02.2019-cu il tarixində Bakı şəhəri Binəqədi YAP-sı fəal gənclərinin iştirakı ilə  Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə tədbir təşkil edilmişdir. 1918-ci ildə cinayətkar erməni hərbi dəstələri tərəfindən azərbaycanlılara, o cümlədən azərbaycanda yaşayan digər xalqların nümayəndələrinə  qarşı  törətdikləri  bəşəri  cinayətləri  haqqında  ətraflı  söhbətlər aparılmışdır.

Daha  sonra  Kompleksin  bələdçisiı  muzeydə olan  Quba  soyqırımına  aid ayrı – ayrı  tarixi  sənədlər,  eksponatlar  haqqında  məlumat  verərək,  ziyarətçiləri maraqlandıran  sualları  cavablandırmışlar. Sonda  soyqırım hadisələrini əks etdirən sənədli film nümayiş olunmuşdur.

 

Gənclərin “Tənhalara Dayaq” İctimai Birliyi Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə.

 

19.02.2019-cu il tarixində Gənclərin “Tənhalara Dayaq” İctimai Birliyinin təşəbbüsü, Bakı şəhəri Nərimanov rayonu 7 №-li Rabitə və Infarmasiya Texnologiyalari ùzrə Bakı Dòvlət Peşə Təhsil Mərkəzinin müəllim və şagird kollektivinin iştirakı ilə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə tədbir keçirilmişdir. “Tarixə səyahət” adlı tədbirin təşkilində əsas məqsəd gənclərin, o cümlədən məktəblilərin 1918-ci il mart-aprel hadisələri, erməni vəhşilikləri haqqında məlumatlılıq səviyyəsini artırmaq, onların xalqımızın tarıxınə, vətənin taleyinə məsuliyyətli bir vətəndaş kimi formalaşmasına dəstək olmaqdır. Çıxış edənlər 1918-ci il azərbaycanlıların soyqırımı haqqında ictimaiyyətin, xüsusən gənclərin maarifləndirilməsi hər birimizin müqəddəs borcundan, gənclərimizin beynəlxalq tədbirlərdə erməni yalanına cavab olaraq gerçək tarixi faktları açıqlamaq üçün məlumatlı, bilikli olmaları və ən vacibi isə onlar arasında qanlı tarixi keçmişimizə hörmət hisslərini aşılayıb, faciələrimizi unudulmasının qarşısını alınmasından söhbət açılmışdır. Tədbirin sonunda soyqırım hadisələrini əks etdirən sənədli film nümayiş olunmuşdur.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkil etdiyi “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” adlı VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” ndə.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkil etdiyi “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” adlı VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları 17. 02. 2019-cu il tarixində Qubada səfərdə olmuşlar. Qış Məktəbinin Azərbaycan, Gürcüstan, Çexiya, Almaniya, Serbiya, Hindistan, Bosniya və Herseqovina, Avstriya, Yaponiya, İspaniya, Tacikistan, Yunanıstan, Portuqaliya, Rusiya, Bolqarıstan, San Tome və Prinsipi Demokratik Respublikası, Braziliyadan olan tələbələr Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” ni də ziyarət etmişlər. Kompleksin direktoru tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova qonaqları salamlayaraq, 1918-ci ildə cinayətkar erməni hərbi dəstələri tərəfindən azərbaycanlılara, o cümlədən azərbaycanda yaşayan digər xalqların nümayəndələrinə qarşı törətdikləri bəşəri cinayətləri haqqında ətraflı məlumat vermişdir.
Daha sonra Kompleksin bələdçisiı muzeydə olan Quba soyqırımına aid ayrı – ayrı tarixi sənədlər, eksponatlar haqqında məlumat verərək, ziyarətçiləri maraqlandıran sualları cavablandırmışlar. Sonda ziyarətçilərə erməni vəhşiliklərini əks etdirən bukletlər təqdim olunmuşdur.

Kompleksdə “Qanlı Yanvar” filmi nümayiş etdiriləcək.

Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin rəhbərliyinin təşəbbüsü ilə “Tarixi filmlər” layihəsi çərçivəsində filmlərin nümayişi davam etdirilir. 18.01.2019-cu il tarixində saat 15.00 da kinorejissor, ssenarist Vahid Mustafayevin 1990-cı ildə baş vermiş 20 yanvar faciəsi haqqında çəkdiyi “Qanlı Yanvar” filmi nümayiş etdiriləcək. Tarixi əhəmiyyətli filmin əsas süjet xəttində real hadisələr lentə alınıb. Filmdə 20 Yanvar şəhidlərinin Vətənin azadlığı uğrunda göstərdikləri qəhrəmanlıqlarından bəhs olunur.