28.12.2018-ci il tarixində Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə il ərzində görülmüş işlər barədə hesabat iclası keçirildi.







Mədəniyyətin bütün sahələrində xidmət səviyyəsinin yüksəldilməsi və dövrün tələblərinə uyğun təşkili, xalqımızın zəngin tarixi-mədəni irsinin geniş kütlələrə çatdırılmasında innovativ yanaşmaya, yeniliklərə yer verilməsi qarşıda duran başlıca vəzifələrdir. Qoruqlarda xidmətlərin yeni səviyyədə qurulması, eləcə də muzeylərin fəaliyyətində dünya təcrübəsinin tətbiq olunması, beynəlxalq əlaqələrin gücləndirilməsi, mədəniyyət siyasətində elmi təhlil və tətqiqatlara daha böyük önəm verilməsi günün vacib tələblərindəndir.
Azərbaycan Respublikası Mədəniyyət naziri cənab Əbülfəs Qarayevin tövsiyyəsinə əsasən ölkəmizdə mədəniyyət siyasətinin daha məqsədyönlü və effektiv şəkildə həyata keçirilməsi, nazirliyin nəzdində olan Qoruqlar arasında birgə həyata keçiriləcək layihələr çərçivəsində 2018-ci il ərzində Quba şəhəri “Soyqırımı Memorial Kompleksi”nin təsdiq olunmuş İş Planına əsasən müvafiq işlər görülmüş, mədəni-kütləvi tədbirlər həyata keçirilmişdir.
28.12.2018-ci il tarixində Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə il ərzində görülmüş işlər barədə hesabat iclası keçirildi. Kompleksin direktoru Rəxşəndə Bayramova 2018-ci ilin təsdiq olunmuş iş planına əsasən Kompleks əməkdaşlarının fəaliyyəti, proqram və layihələrin icrası istiqamətində gördüyü işlər baradə hesabat məruzəsi ilə çıxış etmişdir.
İclasda Kompleksin direktor müavini Mehriban Əliyeva bu il ərzində Kompleksin nailiyyətləri haqqında, kollektivə qoşulan yeni əməkdaşlar, növbəti il üçün məzuniyyət cədvəli və dəvamiyyət qrafiki haqqında məlumat vermişdir.
Kompleksin Elmi araşdırmalar, ekspozisiya və fond şöbəsinin müdiri Lətafət Beybutova bu il ərzində görülən işlərdən danışaraq əldə edilən uğurların gələcəkdə də davamlı olmasını arzuladı.
Kompleksin Təsərrüfat şöbəsinin müdiri Ayaz Ağayev çıxış edərək qeyd etdi ki, Kompleksdə öhdəliklərində olan mövsümü və təmir işləri ilin sonuna qədər tamamlanmış və bundan sonrakı işlərində daha da məsuliyyətli olacaqlarını vurğuladı.
Sonda Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin direktoru Rəxşəndə Bayramova çıxışları dinləyərək, il ərzində görülən işləri qənaətbəxş hesab etmişdir.
Heydər Əliyev Mərkəzində “İlham Əliyev. On beş illik prezidentlik dövrünün uğur salnaməsi” filminin və kitabının təqdimat mərasimi keçirilib.





24.12.2018-ci il tarixində Heydər Əliyev Mərkəzində “İlham Əliyev. On beş illik prezidentlik dövrünün uğur salnaməsi 2003-2018” adlı filmin və kitabın təqdimat mərasimi keçirilmişdir. Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri və digər qonaqlar ıniştirak etmişlər. Tədbirdə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin direktoru Rəxşəndə Bayramova iştirak etmişdir. Sonda tədbir iştirakçılarına “İlham Əliyev. On beş illik prezidentlik dövrünün uğur salnaməsi 2003-2018” adlı filmin diskləri və kitabları hədiyyə olunmuşdur.
Kompleksdə Azərbaycanfilm kinostudiyasının istehsal etdiyi “Ağ atlı oğlan” tammetrajlı film nümayiş etdirildi.








Quba şəhəri “Soyqırımı Memorial Kompleksi”ndə “Tarixi filmlər” layihəsi çərçivəsində 22.12.2018- ci il tarixində Bakı Avropa liseyinin müəllim və VIII sinif şagirdləri üçün “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi hərbi-vətənpərvərlik mövzusunda “Ağ atlı oğlan” tammetrajlı nümayiş etdirildi. Məktəblilər film haqqında fikirlərini bildirərək, Qarabağın azadlığı uğrunda erməni qəsbkarlarına qarşı aparılan müharibədə yaşlılarla bərabər məktəbli oğlanın da qəhrəmanlıqla vuruşması səhnələrini xüsusi maraqla izlədiylərini vurğuladılar.
Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə 2 aylıq ödənişsiz kurslara start verildi.
Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin rəhbərliyinin təşəbbüsü ilə Qış mövsümündə ziyarətçiləri daha çox cəlb etmək və gənclərin asudə vaxtlarının səmərəli təşkili ilə əlaqədar Kompleksdə 2 aylıq ingilis, ərəb, rus danışıq dili və rəsm, kompyuter MS Office proqramları dərnəklərinin fəaliyyətinə start verilir. Dərnəklərdə iştirak etmək istəyən 12-29 yaş həddində olan gənclər qeydiyyatdan keçmək üçün 01.01.2019-cu il tarixədək Kompleksin məlumat mərkəzinə müraciət edə bilərlər.
Qeyd edək ki, kurslar ödənişsizdir.
Quba şəhəri “Soyqırımı Memorial Kompleksi”ndə Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin xatirə günləri çərçivəsində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş etdirilmişdir.






Quba şəhəri “Soyqırımı Memorial Kompleksi”ndə “Tarixi filmlər” layihəsi çərçivəsində filmlərin nümayişi davam etdirilir. 07.12.2018- ci il tarixində Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin xatirə günləri çərçivəsində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş etdirilmişdir. Filmi Quba rayon Səbətlər tam orta məktəbinin müəllim və X sinif şagirdləri izləmişlər. Məktəbin müəllimi Hikmət Məmmədov bu təşəbbüsün alqışalayiq olduğunu vurğulayaraq, belə tarixi filmlərin gələcək nəsillər üçün bir örnək olduğunu qeyd etdi.
Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin rəhbərliyinin təşəbbüsü ilə Kompleks əməkdaşları Heydər Əliyev Fondunda.


06.12.2018- ci il tarixində Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin rəhbərliyinin təşəbbüsü ilə Kompleksin əməkdaşları Ulu Öndərin vəfatının xatirə günləri çərçivəsində Heydər Əliyev Fondunda olmuşlar. Kollektivi səmimi qarşılayan Heydər Əliyev İrsinin Tədqiqi və Elmi Araşdırmalar Departamentinin direktoru Məhəbbət xanım Mehdiyeva Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən söhbət açmışdır. O, qeyd etdi ki, Ulu Öndər istər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə milli quruculuq siyasəti onun fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil etmişdir. Bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük Azərbaycanlı idi. Daha sonra səmimi qarşılanma və dəyərli fikirlərinə görə Məhəbbət xanıma təşəkkürünü bildirən “Soyqırımı Memorial Kompleksi”nin direktoru Rəxşəndə Bayramova bildirdi ki, Ulu öndər hər bir Azərbaycan vətəndaşı üçün örnəkdi və o hər birimizin urəyində əbədiyaşardır. O, əminliklə bildirdi ki, hələ çox-çox nəsillər bu dahi şəxsiyyətin fəaliyyətini öyrənəcək və həyatlarında tətbiq edəcəklər. Kompleks əməkdaşları ilə səmimi söhbətdən sonra sonda xatirə şəkilləri çəkilmişdir.
Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin rəhbərliyinin təşəbbüsü ilə Kompleksin əməkdaşları Heydər Əliyev Mərkəzində.







Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin xatirə günləri çərçivəsində Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin rəhbərliyinin təşəbbüsü ilə Kompleksin əməkdaşları 06.12. 2018-ci il tarixində son illərin ən gözəl memarlıq nümunələrindən biri sayılan Heydər Əliyev Mərkəzində olmuşlar. Kompleks əməkdaşları Mərkəzdə Heydər Əliyev irsinin araşdırılması, təbliği və fondların qorunması istiqamətində fəaliyyət göstərən Muzeyin ən cəlbedici və maraq doğuran bölümündə, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dönəmlərini əks etdirən maraqlı faktlar, foto, video materiallar və digər unikal eksponatlarla tanış olmuşlar.
Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin rəhbərliyinin təşəbbüsü ilə Ulu Öndərin xatirə günləri çərçivəsində xüsusi layihə həyata keçirildi.







Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin rəhbərliyinin təşəbbüsü ilə Kompleksin 15-dən yuxarı əməkdaşı 06.12.2018-ci il tarixində Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin əbədiyyətə qovuşmasına həsr edilmiş xatirə günləri çərçivəsində Fəxri Xiyabanını ziyarət etmişlər. İlk öncə Ulu öndərin məzarı üstə tər gül dəstələri qoymuş və müdrik dövlət xadiminə Allahdan rəhmət diləmişlər. Ziyarət zamanı Kompleksin direktoru Tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova Ulu Öndərin məzarı önündə nitq söyləyərək bildirmişdi ki, Müasir Azərbaycanın qurucusu və memarı olan Ulu Öndər Heydər Əliyev böyük siyasət üçün yaranan, təkcə bir ölkə miqyasında yox, dünya əhəmiyyətli məsələlərin həllində qətiyyətli sözünü deyə bilən nadir siyasətçi olmuşdur. Bu dahi şəxsiyyət tarixi yazan və yaradan, onu yönəltməyi bacaran, dövlət idarəçiliyi və siyasi fəaliyyəti nadir olan fövqəlbəşər insan idi.Sonda Kompleks əməkdaşları görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın məzarını ziyarət etmişlər.