Qubada erkən şəhər mədəniyyətinə həsr olunmuş elmi seminar keçiriləcək Azərbaycan Respublikası Prezidentinin 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq, Milli Azərbaycan Tarixi Muzeyi, Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”, Çıraqqala-Şabran Dövlət Tarix-Mədəniyyət Qoruğu və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının birgə təşkilatçılığı ilə “Şimal-şərqi Azərbaycanda erkən şəhər mədəniyyəti: yeni tapıntılar kontekstində” mövzusunda elmi seminar keçiriləcək.

1/2
Seminarda Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya elmi fond şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Laçın Mustafayev və Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun Şabran Arxeoloji Ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent Səfər Aşurov məruzələr ilə çıxış edəcək.
Tədbirdə bölgənin erkən şəhər mədəniyyəti, arxeoloji tədqiqatların nəticələri və yeni aşkar edilmiş maddi-mədəniyyət nümunələri ətrafında elmi müzakirələr aparılacaq.
Seminarda iştirak sərbəstdir.