17 Noyabr Azərbaycan xalqının milli azadlıq mübarizəsi və oyanış tarixində mühüm yer tutan əlamətdar gündür. 1988-ci il noyabrın 17-də Bakının Azadlıq meydanında başlayan kütləvi xalq hərəkatı milli birlik, müstəqillik və azadlıq arzularının təcəssümünə çevrildi.
Bu hadisələr Azərbaycan xalqının öz milli kimliyinə, dövlətçilik ənənələrinə və müstəqil gələcəyinə sahib çıxmaq iradəsini nümayiş etdirdi. Milli Dirçəliş Günü bizə azadlığın, birliyin və milli həmrəyliyin nə qədər böyük dəyər olduğunu xatırladır.
Milli dirçəliş – xalqın öz gücünü, kimliyini və azadlıq iradəsini dərk etməsidir!



