Əməkdar rəssam Adil Şıxəliyev "Mələklərin duası" adlı əsərini Soyqırımı Memorial Kompleksinə hədiyyə edib.

قدّم الفنان المرموق عادل شيخالييف عمله الفني بعنوان "دعاء الملائكة" هدية إلى مجمع تذكاري لمجزرة الإبادة الجماعية.

Əməkdar rəssam Adil Şıxəliyevin Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə nümayiş olunan “Mələklərin fəryadı” adlı qobelen sərgisinin nümayişi 21.05.2025-ci il tarixində yekunlaşmışdır. Əsərlərin müəllifi olan əməkdar rəssam Adil Şıxəliyev “Mələklərin duası” adlı əsərini Soyqırımı Memorial Kompleksinə hədiyyə etmişdir. Qeyd edək ki, 2 ay ərzində davam edən, 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi Mədəniyyət Nazirliyi, Quba Rayon İcra Hakimiyyəti və Quba Soyqırımı Memorial Kompleksi tərəfindən birgə təşkil edilib. Bu müddət ərzində əsərlər 8 minə yaxın yerli və xarici ziyarətçilərə nümayiş olunub.