Seminarda Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya elmi fond şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Laçın Mustafayev və Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun Şabran Arxeoloji Ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent Səfər Aşurov məruzələr ilə çıxış edəcək.
Tədbirdə bölgənin erkən şəhər mədəniyyəti, arxeoloji tədqiqatların nəticələri və yeni aşkar edilmiş maddi-mədəniyyət nümunələri ətrafında elmi müzakirələr aparılacaq.
Seminarda iştirak sərbəstdir.



