3 gün davam edən sərgidə Qobustan Milli Tarixi-Bədii Qoruğu, Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”, “Çıraqqala-Şabran”, Pirhüseyn Xanəgahı, “Avey”, “Keşikçidağ” və “Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət qoruqlarına aid müxtəlif dövrləri əhatə edən arxeoloji artefaktlar, eksponatlar və maarifləndirici materiallar nümayiş olunub.
Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nə aid bukletlər, kitablar və digər maarifləndirici materiallar ziyarətçilərin diqqətinə çatdırılmış, Azərbaycan xalqına qarşı törədilmiş faciələrin tarixi və hüquqi aspektləri ətraflı şəkildə izah olunmuşdur. Bu materiallar vasitəsilə soyqırımı ilə bağlı məlumatların dünya ictimaiyyətinə çatdırılması və yaddaşın qorunması məqsədi daha da gücləndirilmişdir.
Sərginin ilk günündən etibarən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə məxsus guşə iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır.









