İlk öncə soyqırımı qurbanlarının xatirəsinə ucalmış abidənin önünə gül-çiçək dəstələri düzülmüş, daha sonra səfir və digər qonaqlara erməni vandallarının 1918-ci ildə Azərbaycanda törətdikləri insanlığa sığmayan vəhşilikəri haqqında ətraflı məlumat verilmişdir.
Görüşün sonunda Kompleks tərəfindən hazırlanan təbliğat və tanıtım xarakterli kitab-albom,buklet, müxtəlif kitabçalar, flayer və digər çap məhsulları gələn ziyarətçilərə təqdim edilmişdir.











