11 İyun 2025
5-6 iyun 2025-ci il tarixində Kompleksdə keçirilən Gənc Etnoqrafların I Respublika Forumunun növbəti bölmə iclası onlayn formatda 10 iyun tarixində keçirilmişdir. Qeyd edək ki, 4 bölmə üzrə keçirilən iclasda 32 nəfər iştirakçı öz elmi məqalələrli ilə çıxış etmişlər.
Ətraflı
05 İyun 2025
Gənc Etnoqrafların I Respublika Forumunun ikinci günündə forumda əldə olunan nəticələr ilə bağlı hesabat xarakterli müzakirələr aparılıb, forumun təşkilatçılarına təşəkkürnamələr təqdim edilib. Bundan başqa iştirakçılar Quba şəhərində tarix və mədəniyyət abidələrini ziyarət edərək şəhərin zəngin irsi ilə tanış olublar.
Ətraflı
04 İyun 2025
Gənc Etnoqrafların I Respublika Forumu
Ətraflı
04 İyun 2025
Gənc Etnoqrafların I Respublika Forumunun Plenar iclasından sonra bölmələr üzrə iclasları keçirilib. Bölmə iclasları Soyqırımı Muzeyi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında təşkil olunub.
Ətraflı
04 İyun 2025
4-5 iyun 2025-ci il tarixlərində Qubada Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin birgə təşkilatçılığı və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının dəstəyi ilə paytaxt Bakı və ölkəmizin müxtəlif bölgələrindən olan gənc alim və tədqiqatçıların iştirak etdiyi Gənc Etnoqrafların I Respublika Forumu təşkil edilib. Forum, Azərbaycanın zəngin mədəni irsini tədqiq etmək, gənc alim və etnoqraflar arasında elmi əlaqələri möhkəmləndirmək və tarixi irsimizin dərinliklərinə dair müzakirələr aparmaq məqsədi daşıyır.
Forumun işinə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin Xatirə abidəsinin ziyarəti ilə başlanılıb. Quba Rayon İcra Hakimiyyətinin başçısının müavini xanım Səidə Abasova, Azərbaycan Respublikasının Mədəniyyət...
Ətraflı
03 İyun 2025
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Kitabxanasında Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin “Qarabağ abidələri - dünən və bu gün” adlı sərgisinin nümayişi keçirilib. Gələn ziyarətçilərə Soyqırımı Memorial Kompleksinin mütəxəssisi t.ü.f.d., dosent Sübhan Talıblı sərgi haqqında məlumat verib.
Ətraflı
29 May 2025
Özbəkistanın Səmərqənd şəhərində keçirilən “Heritage Turqoise:Restovrasiya, Arxeologiya, Muzeyşünaslıq, Kitabxanaçılıq, Texnologiyalar” adlı Konfrans və sərgidə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndələri və xidmətin tabeliyində olan 7 Tarix və Mədəniyyət qoruqlarının rəhbər və əməkdaşları, o cümlədən Soyqırımı Memorial Kompleksinin direktoru t.ü.f.d Rəxşəndə Bayramova və əməkdaşı Xəyal Nuhbalayev iştirak etmişdir. “Türk İrsi” mövzusunda keçirilən konfransın bölmələrində Konfransın davam etdiyi günlər ərzində Azərbaycanın tarixi həqiqətlərini, mədəni irsini, arxeoloji abidələrini tanıtmaq məqsədilə sərgi də təşkil edilmişdir.
Sərgidə Soyqırımı Memorial Kompleksinə aid bukletlər, kitablar və digər maarifləndirici materiallar ziyarətçilərin diqqətinə çatdırılmış, Azərbaycan xalqına qarşı törədilmiş faciələrin tarixi və hüquqi aspektləri ətraflı...
Ətraflı
28 May 2025
28-30 may 2025-ci il tarixlərində Özbəkistanın Səmərqənd şəhərində keçirilən “Heritage Turqoise: Restovrasiya, Arxeologiya, Muzeyşünaslıq, Kitabxanaçılıq, Texnologiyalar” adlı sərgi və konfransda Azərbaycanın tarixi həqiqətlərini, mədəni irsini, arxeoloji abidələrini tanıtmaq məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndələri və xidmətin tabeliyində olan 7 Tarix və Mədəniyyət qoruğunun rəhbər və əməkdaşları iştirak ediblər.
3 gün davam edən sərgidə Qobustan Milli Tarixi-Bədii Qoruğu, Quba şəhərində "Soyqırımı Memorial Kompleksi", "Çıraqqala-Şabran", Pirhüseyn Xanəgahı, "Avey", "Keşikçidağ" və "Orta əsr Ağsu şəhəri"...
Ətraflı
27 May 2025
