Türkiyə-Azərbaycan birliyi əbədidir!
Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan Bayrağı dalğalanır! Eşq olsun Azərbaycan Bayrağına!
9 noyabr - Dövlət Bayrağı Günü

Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!
#Azərbaycan #8Noyabr #ZəfərGünü
Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” nin əməkdaşları 8 Noyabr-Zəfər Günü ilə bağlı Quba şəhərində yerləşən Şəhidlər Xiyabanını ziyarət edərək, torpaqlarımız uğrunda canlarından keçmiş qəhrəmanlarımızın məzarlarına gül dəstələri düzmüşlər. Daha sonra Kompleks əməkdaşları Quba RİH-i tərəfindən təşkil edilmiş bayram konserti və ağacəkmə aksiyasında iştirak etmişlər.
8 Noyabr – Zəfər Günümüz mübarək!

Bu şanlı Zəfər xalqımızın birliyinin, qəhrəmanlığının və Vətən sevgisinin əbədi təntənəsidir.
#8Noyabr #zefergunu #Azərbaycan
Bakı məktəblərində tarixi yaddaşın qorunması və mədəni irsimizin təbliği istiqamətində maarifləndirici tədbirlər davam etdirilir.
8 Noyabr – Zəfər Günü

Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan bu tarixi Zəfər Azərbaycan dövlətinin qüdrətini bütün dünyaya nümayiş etdirdi.
Soyqırımı Memorial Kompleksinin ərazisində ağacəkmə aksiyası keçirilmişdir.
8 Noyabr Zəfər Günü ərəfəsində Soyqırımı Memorial Kompleksinin ərazisində ağacəkmə aksiyası keçirilmişdir. Kompleksin əməkdaşlarının iştirak etdiyi aksiya tarixi məkanın abadlaşdırılması məqsədini daşıyır. Aksiya zamanı əraziyə xüsusi qulluq göstərilərək torpaq qatı əkin üçün tam hazır vəziyyətə gətirilmişdir. Kompleksin əməkdaşları tərəfindən kompleksin həyətyanı sahəsində 35 ədəd dekorotiv ağaclar və qızılgül tingləri əkilmişdir. Keçirilən aksiya şəhidlərimizin əziz xatirəsinə olan dərin hörmət və ehtiramın rəmzi təzahürüdür.
8 noyabr Zəfər Günü ərəfəsində Soyqırımı Memorial Kompleksinin təşkilatçılığı ilə Quba şəhər ərazisində iməclik aksiyası keçirilmişdir. Keçirilən aksiyada kompleksin rəhbərliyi və 25-dən çox əməkdaşı yüksək fəallıq nümayiş etdirərək könüllü şəkildə iştirak etmişdir.
İməclik zamanı ərazidə yığılıb qalan bütün məişət tullantıları və zibilliklər tamamilə təmizlənmişdir. Toplanan tullantılar xüsusi kisələrə yığılaraq ərazidən birdəfəlik uzaqlaşdırılmış və müvafiq qaydada poliqona daşınmışdır. Birgə əməyin səmərəli nəticəsi olaraq ərazi qısa müddət ərzində tamamilə təmiz, nizamlı və səliqəli görkəmə gətirilmişdir. Bu cür könüllü aksiyalar həm tarixi irsimizə olan böyük ehtiramı nümayiş etdirir, həm də ətraf mühitin qorunmasına mühüm töhfə verir.





















































