Türkiyyə – Azərbaycan Dayanişma və Kültür Dərnəyinin genel başkanı Sefer Karakoyunlu və 17 nəfər əməkdaşı “Soyqırım memorial kompleksi”ni ziyarət etmişlər.

13.09.2017 ci ildə Türkiyyə – Azərbaycan Dayanişma və Kültür Dərnəyinin genel başkanı Sefer Karakoyunlu və 17 nəfər əməkdaşı “Soyqırım memorial kompleksi”ni ziyarət etmişlər. Ziyarət zamanı qonaqlar gordüklərini sosial şəbəkələr vasitəsi ilə bir başa yayinlamışdırlar. Sonda qonaqlar xatirə kitabına təəsuratlarıni yazmişdırlar.

Ankaradan Pursaklar bələdiyyə başqanı Səlcuk Çətinin rəhbərlik etdiyi nümayəndə heyəti, EkoAvrasyanın sədri Hikmət Ərən və təşkilatın üzvləri və başqaları Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Q.Paşayevanın müşayiəti ilə Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

18.08.2017 ci ildə Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin və Avrasya Ekonomik İlişkilər Dərnəyinin (EkoAvrasya) dəstəyi və təşkilatçılığı ilə ölkəmizdə səfərdə olan Ankaradan Pursaklar bələdiyyə başqanı Səlcuk Çətinin rəhbərlik etdiyi nümayəndə heyəti, EkoAvrasyanın sədri Hikmət Ərən və təşkilatın üzvləri, Türkiyənin bir sıra QHT rəhbərləri, KİV təmsilçiləri və aydınları millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Q.Paşayevanın müşayiəti ilə Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

Nəsimi rayonun İcra Hakimiyyətinin təşəbbüsü ilə  “Gənc İlhamçılar” Quba yay düşərgəsində istirahət edən məktəblilər  “Soyqırım kompleksi”nidə tədbir  keçirmişdirlər.

19.07.2017-ci ildə Nəsimi rayonun İcra Hakimiyyətinin təşəbbüsü ilə  “Gənc İlhamçılar” Quba yay düşərgəsində istirahət edən məktəblilər  “Soyqırım kompleksi”nidə tədbir  keçirmişdirlər. Məktəbliləri müşahidə edən Nəsimi RİH nin başçısının birinci müavini Gülarə   Verdiyeva Kompleks rəhbərliyinə onlara yaratdıqları şəraitə görə minnətdarlığını bildirmişdir.

İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fanani, səfirliyin müşaviri Meta Pervonqo və digər rəsmilər  Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı ziyarət etmişlər.

02.05.2017-ci ildə İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fanani, səfirliyin müşaviri Meta Pervonqo və digər rəsmilər  Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı ziyarət etmişlər. İndoneziyalı qonaqların diqqətinə çatdırılıb ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar olunub. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.

March 31 – The day of Genoide of Azerbaijanis

On March 26, 1998, President of Azerbaijan Republic Heydar Aliyev signed the Decree on the “Genocide of Azerbaijanis” and those horrific events received proper political recognition. March 31 was declared the Day of Genocide of Azerbaijanis. The Decree read: “All the tragedies of Azerbaijan in the 19th and 20th centuries were accompanied by the seizure of their lands and were comprising separate stages of planned genocide policy of the Armenians against Azerbaijanis. Only to the one of these events – the March 1918 Genocide, was made attempt to give a political assessment. As the successor of the Azerbaijan Democratic Republic, Azerbaijan Republic accepts the political assessment of genocide incidents as a judgment of history.

Kant şəhərinin meri Erkin Abdraxmanov, şəhər Keneşinin sədri Azat Şayldabekov, Keneşin deputatlar və başqa rəsmi şəxslərdən ibarət nümayəndə heyəti  proqram çərçivəsində Soyqırım kompleksini ziyarət etmişlər.  

09.10.2016-cı ildə  Quba ilə Qırğızıstanın Kant şəhəri arasında qardaşlaşma haqqında memerandum imzalanıb. Qubada səfərdə olan Kant şəhərinin meri Erkin Abdraxmanov, şəhər Keneşinin sədri Azat Şayldabekov, Keneşin deputatları və başqa rəsmi şəxslərdən ibarət nümayəndə heyəti  proqram çərçivəsində Soyqırım kompleksini ziyarət etmişlər.  Qırğızıstanlı qonaqlara  soyqırım memorial kompleksi və ərazidəki kütləvi məzarlıq  və  ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumat verilmişdir. Qonaqlar soyqırımı qurbanlarının xatirəsini ehtiramla andılar. 

Azərbaycan Mətbuat şurasının sədr müavini Ayaz Mirzəyev Litavalı tarixçi alim Alqimantas Liyekis Kompleksi ziyarət etmişlər.

03.10.2016 ci ildə Azərbaycan Mətbuat şurasının sədr müavini Ayaz Mirzəyev Litavalı tarixçi alim Alqimantas Liyekis Kompleksi ziyarət etmişlər. Litvali alim “ Millətlərin Qafqaza köçünü XX əsr “ adlı kitabında ermənilərin Azərbaycan ərazilərinə və bütövlüklə Cənubi Qafqaza  öncə Türkiyyə və İran ərazilərindən köçürüldüyünü əks etdirərək son 100 il ərzində erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı terror aktları, etnik təmizləmə, kütləvi qırğınlardan həmçinin Azərbaycan ərazilərinin işğalından bəhs olunur. A.Liyekis öz kitabını Kompleksin kitabxanasına hədiyyə etmişdir.