16 oktyabr 2026-cı il tarixində Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Tarixi yaddaşımız: erməni vandalizminə məruz qalmış abidələrimiz” mövzusunda vebinar keçirilib.
Vebinarın moderatoru Kompleksin direktor müavini Mehriban Əliyeva, məruzəçiləri isə Kompleksin bələdçiləri Ülkər Zeynalova və Nurcan Allahverdiyeva olublar.
Tədbir zamanı Azərbaycanın tarixi-memarlıq abidələrinə qarşı törədilmiş vandalizm aktlarından, mədəni irsimizə vurulmuş zərərdən, tarixi abidələrimizin qorunmasının və gələcək nəsillərə çatdırılmasının əhəmiyyətindən bəhs edilib.
Vebinarın əsas məqsədi milli-mədəni irsimizin təbliği, tarixi yaddaşın qorunması və bu istiqamətdə ictimai maarifləndirmənin gücləndirilməsi olub.



