2026-ci ilin “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Quba rayonunda ətraf mühitin mühafizəsi və yaşıllıq sahələrinin genişləndirilməsinə töhfə vermək məqsədilə genişmiqyaslı ağacəkmə aksiyası təşkil olunub.
Soyqırımı Memorial Kompleksi və Quba Regional Turizm İdarəsinin birgə təşkilatçılığı, Quba Regional Meşə Təsərrüfatı Mərkəzinin dəstəyi ilə reallaşan tədbirdə 100-dən çox ağac əkilib.
Kampaniyanın əsas məqsədi ekoloji məsuliyyətin təşviqi, yaşıllıq sahələrinin artırılması və ətraf mühitin qorunması istiqamətində ictimai fəallığın gücləndirilməsidir.



