• office@soyqirim.az
  • (023)335-37-07
Sumqayıt şəhərində “Heydər Əliyev ili” və 31 mart azərbaycanlıların soyqırımının 105-ci ildönümü ilə əlaqədar maarifləndirici tədbirlər keçirilməkdədir.
“Heydər Əliyev ili” və 31 mart azərbaycanlıların soyqırımının 105-ci ildönümü ilə əlaqədar Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” və Sumqayıt Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “1918-ci il soyqırımlarının tanıdılmasında Heydər Əliyev siyasəti” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Sumqayıt şəhər Heydər Əliyev Mərkəzinin direktoru və əməkdaşları, Xidmət Sahələi üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin müəllim və tələbə heyəti iştirak etmişlər. Tədbir iştirakçıları əvvəlcə soyqırımı hadisələrini özündə əks etdirən kitab və foto-şəkillərdən ibarət sərgi ilə tanış olublar.
Kompleksin əməkdaşı Səriyyə Abidova çıxış edərək Ulu Öndər Heydər Əliyev tərəfindən 1998-ci il 26 martda imzalanmış “Azərbaycanlıların soyqırımı haqqında” fərmanla bu hadisələrə siyasi qiymətin verilməsinin tarixi əhəmiyyətindən söz açmışdır. Daha sonra çıxış edən Mərkəzin direktoru Vüsalə Qurbanova və digərləri Ümummilli lider Heydər Əliyevin 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırımların ölkə hüdudlarından kənarda tanıdılmasında göstərdiyi misilsiz xidmətləri barədə məlumat vermişlər.
Tədbirin sonunda sənədli film nümayiş olunmuşdur.

Paylaş

Spread the love