• office@soyqirim.az
  • (023)335-37-07
“Heydər Əliyev ili” və 31 mart azərbaycanlıların soyqırımının 105-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər davam etdirilir

Növbəti tədbir Sumqayıt şəhər 26 №li tam orta məktəbinin müəllim və yuxarı sinif şagirdlərinin iştirakı ilə Heydər Əliyev Mərkəzində keçirilib.Geniş məzmunlu məruzə ilə çıxış edən Kompleks əməkdaşı Səriyyə Abidova tədbir iştirakçılarını soyqırımı hadisələrini əks etdirilən kitab, foto-şəkillər, arxiv sənədlərinin surətləri və digər materiallarla da tanış edib. Məruzəçi qeyd edib ki, Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanını əldə etməsi məhz Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində olmuşdur. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini almışdı. Heydər Əliyev 1998-ci il martın 26-da “31 martı Azərbaycanlıların Soyqırımı günü” kimi qeyd edilməsi haqqında fərman imzalamışdır. Fərman imzalandığı tarixdən etibarən hər il 31 mart azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir və hər azərbaycanlı tərəfindən soyqırımı qurbanlarının xatirəsi ehtiramla anılır.

Paylaş

Spread the love