• office@soyqirim.az
  • (023)335-37-07
İsveç Krallığının Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tobias Lorentzso Quba şəhərinə səfəri çərçivəsində Soyqırımı Memorial Kompleksini ziyarət etmişdir. / 15 Mart, 2023

Səfir Azərbaycanın tarixi həqiqətləri, son iki əsrdə torpaqlarımızda törədilmiş, nəticədə isə minlərlə sivil və günahsız insanların soyqırımlara məruz qalmasını əks etdirən tarixi sənədlər, fotoşəkillər ilə tanış olmuşdur. Daha sonra səfir muzeyin Xatirə kitabında maarifləndirici ekskursiyanın təşkili üçün minnətdarlığını qeyd etmişdir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi sərəncamı ilə fəaliyyətə başlamış Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ni bu günədək 1 milyona yaxın insan ziyarət etmişdir. Ziyarət edənlərin 170 mindən çoxunu xarici vətəndaşlar təşkil edir. İndiyədək ölkəmizdə fəaliyyət göstərən xarici ölkələrin (İsrail, Amerika Birləşmiş Ştatları, Yaponiya, Koreya, Birləşmiş Ərəb Əmirlikləri və s.) bir çox fövqəladə və səlahiyyətli səfirləri Memorial Kompleksə təşrif buyuraraq 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırımların əyani şahidi olublar.

Paylaş

Spread the love