• office@soyqirim.az
  • (023)335-37-07
İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman), Milli Məclisin deputatı Vahid Əhmədov və digər rəsmi şəxslər Soyqırımı Memorial Kompleksini ziyarət ediblər. / 31 Mart, 2023

31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Quba rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman), Quba Rayon İcra Hakimiyyətinin, Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Etnik təmizləmə və soyqırım cinayətlərinin hüquqi aspektləri: tarixi faktlar kontekstində” mövzusunda keçiriləcək konfransdan öncə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Milli Məclisin deputatı Vahid Əhmədov, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının müdiri, professor İsaxan Vəliyev, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, Qərbi Azərbaycan İcmasının sədr müavini, Milli Məclisin deputatı Hikmət Məmmədov, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, YAP Quba rayon təşkilatının sədri, rayon icra hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri və qazilər, digər qonaqlar, tələbələr və gənclər Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ni ziyarət ediblər. Qonaqlar faciə qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzdükdən sonra Kompleksin Muzey bölməsində 1918-ci il azərbaycanlıların soyqırımının 105-ci ildönümü ilə əlaqədar gələn yerli və xarici ziyarətçilər üçün 9 dildə (Azərbaycan, türk, rus, ingilis, ərəb, fars, urdu, fransız, Koreya) hazırlanmış buklet və flayerlərdən ibarət sərgi ilə tanış olublar.

Paylaş

Spread the love