"Şeyx Cüneyd türbəsi"
Şeyx Cüneyd türbəsi XVI əsrin əvvəllərinə aid, Qusar rayonunun Həzrə kəndi ərazisində yerləşən tarixi-memarlıq abidəsidir. Şeyx Cüneyd Şah İsmayıl Xətainin babasıdır.
Şeyx Cüneyd türbəsinin planında hər tərəfi 7.23 metr ölçüyə malik olan kvadrat formalı tikilinin hər dörd divarında qapı yeri vardır. Divarların şirli kaşı lövhələrlə üzlənmiş aşağı hissələri istisna olmaqla stalaktitlər də daxil bütün digər divar səthi gəclə üzlənmişdir.
Şirvanşahlar və Ərdəbil hakimlərinin mübarizə tarixindən məlumdur ki, Qusar rayonu ərazisində 1456-cı ildə I Xəlilullahın başçılıq etdiyi Şirvanşahlar, Şeyx Cüneydin başçılıq etdiyi Qızılbaşlar arasında baş vermiş döyüşdə ikinci ordunun rəhbəri öldürülmüşdür. Səfəvilər Şirvanda hakimiyyəti ələ aldıqdan sonra 1544-cü ildə Həzrə kəndindəki məzar üzərində türbə tikdirilmişdir.
Paylaş