• office@soyqirim.az
  • (023)335-37-07
"Beşbarmaq dağı"

Quba-Bakı yolunun 85-ci km-də, Siyəzən rayonunun Qalaşıxı kəndinin ərazisində yerləşən Beşbarmaq dağı, Azərbaycan Prezidenti İlham Əliyevin 8 iyun 2020-ci il tarixli sərəncamı ilə, “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu elan edilib. Dəniz səviyyəsindən 445 metr yüksəklikdədir. Xəzər dənizinin sahilində beş zirvədən ibarət olan bu dağ xalq arasında “Xıdırzində baba” və yaxud “Xızırzində piri” kimi tanınır.
Tanınmış alim və səyyah Adam Oleari 1636-cı ildə Dərbənddən Şamaxıya gedərkən karvan yolunun üstündə olan “Barmax” dağı barədə, eləcə də yerli əhalinin “karvansara”, “sığınacaq” adlandırdığı bu cür həyətlərin bu ölkədə çox olduğunu göstərir. Səyyah həmçinin qeyd edir ki, bu karvansara kvadratşəkilli böyük daşlardan tikilmiş çox qədim binadır. Holland səyyahı Yan Streys isə “Səyahət” kitabında yazır: “1666-cı ildə Parmax və ya Barmax dağının yanından ötdük. Bu dağ dənizin yaxınlığında olub, ağ və qara neftin yerdən fəvvarə vurub axması ilə məşhurdur və dağın başında güclü qalalar var”.
“Beşbarmaq dağı” respublikada insanların ən çox ziyarət etdiyi məkanlardan biridir. Dağın ətrafında olan karvansara və qala qalıqları dövlət mühafizəsinə götürülüb.

Paylaş

Spread the love