• office@soyqirim.az
  • (023)335-37-07
Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə Elmi şöbə əməkdaşlarının elmi potensiallarının artırılması məqsədilə “Ustad dərsləri” adlı layihəyə start verilib. / 25 May, 2023
Layihə çərçivəsində mütəmadi olaraq tarixçilərin,
tədqiqatçıların, ictimai xadimlərin, ziyalı şəxslərin Kompleksə dəvət olunması nəzərdə tutulur.
Belə ki, 25.05.2023-cü il tarixində 28 May Respublika Gününə həsr olunmuş “Ustad dərsi” keçirilib. Azərbaycan Dövlət Pedoqoji Universitetinin Quba filialının tarix, pedaqogika və sosial elmlər kafedrasının baş müəllimi t.ü.f.d Təhminə Əliyeva “1918-1920-ci illərdə Qafqaz dövlətlərinin birlik mücadiləsi və ermənilərin pozucu fəaliyyəti” mövzusunda məruzə ilə çıxış edib. Çıxış zamanı o, Qafqaz respublikalarının süqutundan sonra qafqazlı mühacirlərin fəaliyyətindən, Əlimərdan bəy Topçubaşovun təşəbbüsü ilə 1921-ci il mayın 8-də Azərbaycan Xalq Cümhuriyyətinin Parisdəki nümayəndəliyinə toplaşaraq Qafqaz Konfederasiyasının yaradılması fikrini irəli sürməsindən, hər zaman olduğu kimi bu prosesdə də erməni daşnaklarının xəyanətindən bəhs edib. Seminar zamanı həmçinin Azərbaycan xalqının tarixində ilk Parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qısa bir ömür sürməsinə baxmayaraq tarixdə silinməz izlər buraxması da qeyd olunub.

Paylaş

Spread the love