• office@soyqirim.az
  • (023)335-37-07
Tarixçilərin qələmindən

Tarix üzrə fəlsəfə doktoru Kamran İsmayılov
Azərbaycan xarici işlər naziri M.H.Cəfərovun ermənistanlı həmkarına göndərdiyi 29 noyabr 1919-cu il tarixli teleqramda bu dörd kəndlə yanaşı, ermənilərin Klit və ətraflı kəndləri mühasirəyə aldıqlarını, Dərələyəz qəzasında 300 kişinin öldürüldüyü və 30 qadının əsir götürüldüyü,bu istiqamətdə nizami qoşunların göndərilməsinin davam etdiyi bildirilir, Ermənistan hökümətindən bu əməllərdən əl çəkmək tələb ediirdi. Yuxarıda adları çəkilən kəndlərin nümayəndələri onları gözləyən təhlükə haqqında dəfələrlə müxtəlif ünvanlara müraciət etmiş, kömək göndərilməsin xahiş etmişdilər. Kənd sakinləri erməniləri təcavüzkar hərəkətlərdən çəkindirmək üçün onların fitnəkarlığına cavab verməməyə çalışırdılar.
Mənbə: Zəngəzurda Azərbaycan xalqına qarşı Soyqırımı Bakı 2007 s 51
 

Paylaş

Spread the love