• office@soyqirim.az
  • (023)335-37-07
Azərbaycana səfəri çərçivəsində bir qrup amerikalı jurnalisti və media eksperti Quba şəhərində "Soyqırımı Memorial Kompleksi"ni də ziyarət etmişlər. / 3 Avqust, 2023

Azərbaycana səfəri çərçivəsində bir qrup amerikalı jurnalisti və media eksperti Quba rayonuna da səfər etmişlər. Səfər çərçivəsində media nümayəndələri Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ni ziyarət etmişlər. Ziyarətçilərə 1918-ci ildə erməni vandallarının həyata keçirdikləri soyqırımı aktı barədə ətraflı məlumat verilmişdir. Qeyd edək ki, nümayəndə heyətinə ABŞ-nin Yel Univeristetində təhsilini davam etdirən, “Report” İnformasiya Agentliyinin ABŞ bürosunda çalışan azərbaycanlı jurnalist Vüsalə Abbasova, “Arab News”un BMT bürosunun rəhbəri, Əfqanıstan, İraq və Cənubi Livandakı münaqişə bölgələrində dünyanın qabaqcıl media qurumlarının (Fox TV, CNN, Al Jazeera) müharibə müxbiri kimi uzun illər çalışmış Əfram Kosafi, Kolumbiya Respublikasının tanınmış televiziya şəbəkəsinin (Caracol TV and Canal 1) Nyu-York və paytaxt Vaşinqtondakı müxbiri, tanınmış blogger Paola Varqas, “Schirach Report”un təsisçisi və baş redaktoru Paolo von Şiraç, “Anadolu” Agentliyinin ABŞ bürosunun fotojurnalisti, “Turkish Journal”ın təsisçisi Selcuk Acar daxildir.

Paylaş

Spread the love