• office@soyqirim.az
  • (023)335-37-07
" Qax qalası"

  • Qax qalasını İlisu sultanı Adı-Görklü bəy müdafiə məqsədilə XVI əsrdə tikdirmiş, XVIII əsrdə Nadir şah Əfşarın qardaşı İbrahim xan Car-Balakənə səfəri zamanı bərpa etdirmişdir. Çay daşları və əhəng məhlulu ilə tikilmiş qalanın içərisində yaşayış binaları, müxtəlif emalatxanalar, dükanlar və bazar olmuşdur. Elə buna görə də yerli əhali qalanın əhatə etdiyi daxili ərazini indi də “İçəribazar” adlandırırlar. Görkəmli bəstəkar, ictimai xadim Müslüm Maqomayevin atası usta Məhəmməd kişinin dəmirçi emalatxanası 1880-ci illərdə burada yerləşmişdir.
  • Tikinti və yenidənqurma işləri zamanı “İçəribazar” küçəsindəki fərdi evlərin dam örtükləri yenilənib, darvaza, pəncərə, tavan, sütun, balkonlarda sürahilər və digər hissələr taxta materialdan yenidən işlənib. Qalanın giriş və çıxış qapıları ölkəmizin memarlıq ənənələrinin təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.
  • Kompleksin ərazisində mükəmməl layihə əsasında açıq səma altında 300 yerlik teatr yaradılıb, sənətkarlar üçün 10 emalatxana, o cümlədən, tətbiqi sənət, ağacoyma, toxuculuq, Şərq şirniyyatı, təndirxana inşa olunub. Burada fəaliyyət göstərən tətbiqi sənət nümunələrinin satış mərkəzində yerli sənətkarların hazırladıqları milli suvenirlər, rəngkarlıq və qrafika əsərləri, ağac üzərində oyma, daş üzərində təsvirlər, toxuculuq məmulatları, suvenir xalçalar nümayiş etdirilir.

Paylaş

Spread the love